Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya "çıxış yolunu" nüvə silahında görür? -Putin doktrinanı YENİLƏDİ

 

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasında dəyişikliklər edildiyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Putin hər hansı dövlətin adi silahlarla hücum edəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb.

Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib.

Putin deyib ki, Rusiya “etibarlı məlumat” alacağı təqdirdə nüvə silahından istifadə edə bilər. O, Rusiyaya hücum edən ölkəyə dəstək verən nüvə güclərinin də təcavüzkar sayılacağını açıqlayıb. Rusiya prezidenti adi silahlarla hücumlara qarşı nüvə silahından istifadə edə biləcəklərini bəyan edib.

Putinin bəyanatlarında Ukraynaya uzaqmənzilli raketlərin verilməməsi ilə bağlı narahatlıqlar bir neçə dəfə ifadə olunub. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyadan “Storm Shadow”, ABŞ-dan isə ATACMS raketləri tələb edib. Putin isə deyib ki, bu raketlər verilsə, Qərb birbaşa müharibəyə girmiş olacaq.

Putin doktrina dəyişikliyinin səbəbini belə izah edib: “Biz müasir hərbi-siyasi vəziyyətin dinamik şəkildə dəyişdiyini görürük və bunu nəzərə almalıyıq. Buna Rusiya və müttəfiqlərimiz üçün yeni hərbi təhdid və risk mənbələrinin ortaya çıxması daxildir”.

Putin xatırladıb ki, Rusiya dünyada ən böyük nüvə arsenalına malik ölkədir. Hazırkı nüvə doktrinası 2020-ci ildə Putin tərəfindən təsdiq edilmiş 6 səhifəlik sənəd idi. Yeni doktrina bu sənədi yeniləyir. Putinin bəyanatları beynəlxalq səviyyədə etirazlar doğurub. NATO ölkələri Rusiyanın nüvə təhdidlərinə reaksiya verib. Bir çox ölkələr Ukraynaya dəstəyinin davam edəcəyini açıqlayıb və Moskvanı qınayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam