Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyəli generaldan ilginc açıqlamalar– Sülhə ən böyük əngəl ABŞ-dır

  

Ukraynanın Kursk hücumu atəşkəs və sülhə gedən yolda avantajdır. Ancaq bu hücum hər nə qədər Ukraynanın əlini gücləndirsə də, davam etdirilməsi mümkün olmayan əməliyyatdır. 1400 km uzunluğu olan Rusiya-Ukrayna sərhədində bu qədər kiçik ərazidə, Kurskdakı kimi qismən bir uğur Ukraynaya savaşı qazandırmaz. Sadəcə, Rusiyanın diqqətinin dağılmasına və rus ordusunun orada önləm almağa çalışarkən, digər yerlərə nəzarəti zəiflətməsinə səbəb ola bilər.

Yenixeber.org xəbər verir ki Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünə də toxunan general müsbət nəticələr gözlənilmədiyini qeyd edib.

“Bayden və Zelenskinin 26 sentyabra nəzərdə tutulan görüşü atəşkəs və sülh məsələsində dünyaya ümid verməyəcək. Ona görə ki, ABŞ bu savaşın bitməsini istəmir. Qərbin imperialist dövlətləri var ki, bunların dərdi savaşı bitirmək yox, daha da qızışdırmaq, dağıdıcı vəziyyətə gətirməkdir”.

O, hazırda hər iki dövlətin – Ukrayna və Rusiyanın sülhə maraqlı olduqlarını bildirib:

“Faktiki olaraq hər iki dövlət yorulub, tükənib. Əslində həm savaşı davam etdirməyi, həm də sülhə, atəşkəsə nail olmağı istəyirlər. Qərb isə bunu Üçüncü Dünya savaşına gedən yolda öncə Rusiyanı tükəndirməyi, sonra bu tükənmiş Rusiyanı Çinə yox, özünə bağlı hala gətirməyi hədəfləyir. Bunu da bacarıb-bacarmayacaqlarını zaman göstərəcək”.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam