Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Kreml vasitəçiliyə qayıdır, yoxsa ev sahibliyi istəyir? -Bakıdan reaksiyalar...

Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında rol almağa hazır olduğunu yenə xatırladır, Vaşinqton və Brüssel isə ikitərəfli müzakirələr modelini dəstəkləyir - təhlil

Yenixeber.org: 2024-cü ilin Bakı və İrəvan arasında sülh sənədinin imzalanması ili kimi tarixə düşəcəyi dəqiq bilinmir. Optimist mövqelərə, o cümlədən COP-29 sammitinədək bu yöndə real nəticə olacağı haqda ehtimallara rəğmən, sülh sənədi əleyhinə əsas iki əngəlin olduğu bildirilir: delimitasiya üçün ortaq xəritələr və Zəngəzur dəhlizi məsələləri. Hələ ki, tərəflər fasilələrlə də olsa, vasitəçilərsiz danışıqları davam etdirir. 

Bunun bir sübutu da Bakı və İrəvan arasında məktub mübadiləsidir. Yeri gəlmişkən, Ermənistan artıq sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanın son təkliflərinə cavab olaraq müqavilə mətninin 9-cu nəşrini göndərib. “Yeni Müsavat” xatırladır ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Amma məktublaşma daha nə qədər zaman alacaq, yoxsa yenə üçüncü tərəfin səmərəsiz vasitəçiliyinə ehtiyac yarana bilər? İrəvan bunun üçün çalışırmı? - Suallar çoxdur. 

Və sülh sazişinin yolunda dayanan ağır daşlardan biri də Ermənistan qanunvericiliyində və Müstəqillik deklorasiyasında Azərbaycana ərazi iddialarının yer almasıdır. Ona görə Paşinyan referenduma getməli və qanunvericilik aktlarında dəyişiklik etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də sülh sənədinin imzalanmasında bu məsələni ən mühüm şərt kimi irəli sürüb.  Dövlət başçısı TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə açıq qalan iki əsas məsələni xatırladıb. Birinci məsələ Azərbaycana ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasıdır, ikinci məsələ ATƏT-in Minsk Qrupunu de-yure mövcudluğunun davam etdirilməsidir. Hərçənd Ermənistanın baş diplomatı Ararat Mirzoyan həddini aşaraq iddia edib ki, guya Azərbaycan da öz konstitusiyasında dəyişiklik etməlidir. Buna azərbaycanlı həmkarı Ceyhun Bayramov lazımi cavabı verdi. Çünki bizim qanunvericilik aktlarında Ermənistana ərazi iddiası irəli sürülmür. Ermənistan isə öz Müstəqillik Bəyannaməsinə və qanunvericiliyinə ona görə dəyişiklik etməlidir ki, orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə nazir Mirzoyanın sözləri də danışıqların gedişinə xələl gətirir və qeyri-konstruktiv mövqe olaraq sülh prosesinə zərər vurur. 

Bu arada isə Rusiyanın Ng.ru portalı (“Nezavisimaya gazeta”) da yazıb ki, BMT-nin iqlim dəyişikliyi üzrə beynəlxalq konfransı (COP29) çərçivəsində Bakıda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. “Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir”. Bunu isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir. “Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb”, - diplomat vurğulayıb. O qeyd edib ki, Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. “Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır”, - Qaluzin əlavə edib.

Sirr deyil ki, son vaxtlar rəsmi Moskvanın ritorikasında Güney Qafqaza qayıdış istəyi daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Bu xüsusda Qaluzunin sözlərini Kremlin vasitəçiliyə qayıtmaq istəyi və ya təklifi kimi qiymətləndirmək olarmı? Rusiya vasitəçilik, yoxsa Qazaxıstan kimi ev sahibliyi istəyir? Başqa yandan, həqiqətənmi həm Moskva, həm də Vaşinqton və Brüssel Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqları sonadək dəstəkləyə bilər? 

“ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır”. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi report-a deyib. Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar: “Ardıcıl olaraq təkrar etdiyimiz kimi, Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”. Dövlət Departamenti rəsmisi delimitasiya prosesi ilə əlaqədar Bakı və İrəvan arasında əldə olunmuş razılaşmanı da alqışladıqlarını söyləyib: “Biz Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası üzrə davamlı irəliləyişi alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan arasında davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”. Lakin Moskvadan fərqli olaraq, Vaşinqton vasitəçiliyi, yaxud ev sahibliyi təklif etmir, ikitərəfli danışıqlar modelini dəstəkləyir. Həmçinin, Brüssel də hər hansı fikir bildirmir. Əksinə, Ağ Ev rəhbəri Bayden enerji toplantısına yolladığı məktubda sülh sənədinin imzalanması ilə Azərbaycanın və regionun dəyişəcəyini açıqlayıb. Yalnız Rusiyadır ki, hər dəfə öz rolunu yada salır...

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün əvvəl Ermənistan tərəfdən yeni layihə aldığını deyərək orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalmanın mövcud olduğunu bildirib: “Ceyhun Bayramov bunu müsbət dinamika kimi qiymətləndirib. O deməkdir ki, Ermənistan hökuməti bəzi israrlarından geri çəkilib. İrəvanın əsas israrı sülh sazişinin mətninə sərhədlərin 1991-ci il Almatı bəyanatına uyğun müəyyənləşdirməsi bəndinin əlavə edilməsidir. Bunun mümkün olmadığı dəfələrlə baş nazir Nikol Paşinyanın diqqətinə çatdırılıb. Nikol Paşinyanın məqsədi Almatı bəyannaməsi vasitəsilə iki il əvvəl itirdiyi strateji yüksəklikləri geri qaytarmaqdır. Bu mümkün deyil. Paşinyan üçün yeganə alternativ Azərbaycanla sülh və ya çərçivə sazişini imzalayıb sərhəd danışıqlarını davam etdirməkdir”.

Ermənistanın Konstitusiya dəyişikliyinə getməsinin vacibliyi barədə Azərbaycanın irəli sürdüyü tələbə gəlincə, siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, bu, bir qədər fərqli mərhələnin mənzərəsi kimi görünür: “Ermənistanda Konstitusiya dəyişikliyi yekun sülhün təmini üçün alternativ müsbət istiqamət aça bilər. Buna görə də bu fikir daha məntiqli görünür ki, Ermənistan sülh müqaviləsi imzalanana qədər Konstitusiyasını dəyişdirsin. 

Ancaq bu ssenari də ağlabatan səslənir ki, Azərbaycanla Ermənistan arasında mütləq sülh üçün çərçivə sənədi imzalanır, ardınca Ermənistan Konstitusiya dəyişikliyinə gedir, daha sonra isə Bakı ilə İrəvan arasında final sülh sazişi imzalanması istiqamətində danışıqlar yeni mərhələyə adlayır. Bütün pozitiv dinamikaya və proqnozlaşdırıla bilən mümkün müsbət tendensiyalara rəğmən, sülh gündəliyinin İrəvanın bəzi qaranlıq siyasəti nəticəsində kənar güclərin müdaxiləsinə məruz qalmaq riskləri də qalmaqdadır".

Siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyadan verilən mesajlara baxmayaraq, vasitəçiyə ehtiyac olmadığını düşünür. Onun fikrincə, aparılan bu danışıqlar bir presedent yaradıb ki, moderatorsuz da sülh mətnini razılaşdırmaq mümkündür: “Azərbaycan və Ermənistan arasında oktyabrda çərçivə sazişi imzalanması mümkündür. Hər iki tərəf danışıqlarda mühüm irəliləyişlər əldə edib. Çərçivə sazişi Qazaxıstanda imzalana bilər. Sazişə əsasən Zəngəzur dəhlizinin Ermənistanın nəzarətində olması ilə Azərbaycan vətəndaşlarının keçidində xüsus imtiyazların tanınması əks olunur. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin aparılması və yekun sülh müqaviləsinə kimi tərəflər danışıqlar aparacaq. İki dövlət sərhədində hər iki tərəfdə sərhəd qoşunları yerləşəcək”.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam