Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Şura: “Seçicilərin 90 faizi seçkiyə gəlmədi”

Milli Şura 1 noyabr parlament seçkisi ilə bağlı bəyanat verib.

Xeberinfo.com:   Məlumata görə, bəyanatda deyilir ki, “bu, ölkə tarixində ən rüsvayçı seçki oldu”.

Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyinin bəlli olduğunu bildirən Milli Şura bu barədə dəfələrlə xəbərdar etdiyini xatırladıb: “Seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi.

Milli Şura bütün bunları nəzərə alaraq hakimiyyət qarşısında azad və ədalətli seçkiyə şərait yaradacaq bir neçə siyasi və hüquqi dəyişikliklər tələbi ilə çıxış etdi. Lakin hakimiyyət bu tələblərin heç birni yerinə yetirmək həvəsində görünmədi. Bu halda Milli Şura seçkiləri boykot etmək qərarı verdi”.

Seçki prosesinin kütləvi qanun pozuntusu şəraitində keçdiyini bildirən Milli Şuranın bəyanatında deyilir ki, qeydə alınmış müstəqil namizədlərin 40%-dən artığı (500 nəfərdən çox) seçkidə iştirakdan imtina etdi: “Bu, yetərincə böyük rəqəmdir. Milli Şuranın müşahidələrinə görə, bu seçkilərdə seçici fəallığı təqribən 10 faizin ətrafında oldu”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam