Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Müsavat, ReAl, NİDA və KXCP yeni seçki tələb edir

 

Müsavat Partiyası, “ReAl” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.
Xeberinfo.com:   Məlumata görə, mətndə deyilir:
“Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı,  “NİDA” Vətəndaş Hərəkatı
– Siyasi məhbusların azad edilmədiyi;
– Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
– Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
– Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
– İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
– Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
Azərbaycan hakimiyyətindən 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir”.
Bu gün KXCP də yeni parlament seçkiləri tələbi ilə bəyanat yayıb. Bəyanatda deyilir:

“KXCP – 01 noyabr 2015-ci il seçkilərinin  imza toplama, təbliğat – təşviqat mərhələsində və seçki günü həyata keçirilən kütləvi qanun pozuntuları ilə, hakimiyyətin təyin etdiyi parlamenti  qeyri – legitim hesab edir.

KXCP 01 noyabrda keçirilmiş “seçkilər”in nəticələrini tanımaqdan imtina edir.

KXCP 01 noyabr “seçkiləri”nin nəticələrinin  ləğv edilməsini və Milli Məclisə  yeni seçkilərin keçirilməsini tələb edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam