Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəzifə başında ölən dövlət başçıları -İbrahim Rəisidən İndira Qandiyədək...

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin bazar günü helikopter qəzasında həlak olması dünya mediasında şərh olunan əsas xəbəridir. Rəsinin uçduğu helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Seyid Mehdi Musəvi və daha 4 nəfər olub.
Yenixeber.org-un məlumatına görə, İbrahim Rəisi vəzifə başında ölən ilk dövlət başçısı deyil.  Daha əvvəllər də səlahiyyətlərinin icra edən dövlət rəhbərlərinin öldüyü hadisələr baş verib.
Vəzifə başında həyatını itirən dövlət başçıları ilə bağlı yazını təqdim ediri:

14 il ərzində Venesuelanın prezidenti kürsüsündə əyləşmiş Uqo Çaves yoğun bağırsaq xərçənginin qurbanı olub. 1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 2011-ci ilin iyununda sağlamlığında problemlər yarandığını anlayıb. O, uzun müddət Kubada müalicə alıb. Lakin yoğun bağırsağında aşkar olunan şiş orqanizmin dərinliyinə nüfuz etdiyindən 2013-cü il martın 5-də vəfat edib. 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişib. 

Kosovo prezidenti İbrahim Ruqova ağciyər xərçəngindən ölüb. İbrahim Ruqova 2002-ci ildə Kosovo prezidenti seçilmişdi. 2005-ci ildə onda ağciyər xərçəngi aşkar olunmuşdu. 2006-cı il yanvarın 21-də 62 yaşlı Kosovo prezident xəstəlikdən dünyasını dəyişib.
1841-ci il martın 4-də andiçmə mərasimi keçirilən yeni prezident Uilyam Harrison cəmi 32 gün ABŞ prezidenti səlahiyyətlərini icra edə bilib. Amerika tarixinin ən qısamüddətli prezidenti inauqurasiya mərasimi zamanı 2 saatlıq nitq söyləyərkən bərk soyuqlayıb. Soyuqdəymə sətəlcəm və plevritə çevrilib. Nəticədə, həkimlərin səyinə baxmayaraq sətəlcəm, sarılıq və qan zəhərlənməsindən eyni vaxtda əziyyət çəkən prezident aprelin 4-də dünyasını dəyişib. O, vəzifə başında ölən ilk amerikalı prezidentdir.

ABŞ-ın 29-cu prezidenti Uorren Hardinq də vəzifə başında xəstəlikdən dünyasını dəyişən dövlət başçılarındandır. Seçkilərdə qalib gələrək 1921-ci ilin martından prezident səlahiyyətlərini icra edən Hardinq bütün ştatlar boyu yorucu səfərlər təşkil edirmiş. Daim stress və hərəkətdə olan prezidentin sağlamlığı getdikcə zəifləməyə başlayıb. 1923-cü il avqustun 2-də San-Fransiskoya səfəri zamanı 58 yaşlı Uorren kəskin infarkt keçirib və yerindəcə dünyasını dəyişib
1933-cü ilin mart ayında ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayan Franklin Ruzvelt Amerika tarixinin ən məşhur prezidentlərindəndir. Gəncliyində polimelitdən əziyyət çəkən prezident ömrünün sona qədər əlil arabasından ayılmayıb. 3 dəfə ölkə prezidenti seçilən, ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı qalibiyyətli siyasət yürütməsində böyük rolu olan Ruzvelt 1945-ci il aprelin 12-də Corciya ştatının Uorm-Sprinqs şəhərində beyninə qan sızması nəticəsində 63 yaşında vəfat edir. O, vəzifə başında xəstəlikdən vəfat edən sayca 3-cü ABŞ prezidentidir.  

Hindistanın 2-ci baş naziri Lal Bahadur Şastri 1964-cü il iyunun 9-da bu vəzifəyə təyin olunmuşdu. 1965-ci ildə Kəşmir uğrunda baş verən 2-ci Pakistan-Hindistan müharibəsini sülh yolu ilə həll etmək üçün baş nazir pakistanlı həmkarı ilə danışıqlar aparmaq məqsədilə Sovet İttifaqına gəlmişdi. 1966-cı il yanvarın 10-da Hindistan və Pakistan arasında müharibəni dayandıran “Daşkənd bəyannaməsi” imzalanıb. Bundan bir gün sonra isə Hindistanın 61 yaşlı baş naziri Şastri 4-cü dəfə keçirdiyi infarktdan dünyasını dəyişib.1924-cü ilin yanvarında Vladimir Leninin vəfat etməsindən sonra uzun illər Sovet İttifaqına rəhbərlik edən İosif Stalin də vəzifə başında vəfat edib. 1953-cü il martın 1-də sovet diktatorunun mühafizəçiləri onu Moskvadakı malikanələrindən birində huşsuz vəziyyətdə aşkar ediblər. Həkimlər keçirdikləri müayinədən sonra onun bədəninin sağ tərəfinin iflic olması ilə bağlı diaqnoz qoyublar. Bir neçə gün ərzində nəfəs alma problemləri, insult və yaddaş itmələrindən əziyyət çəkən 74 yaşlı Stalin 1953-cü il martın 5-i axşam saatlarında beyinə qan sızması nəticəsində dünyasını dəyişib. Lakin onun öz əcəli ilə deyil, yaxın çevrəsi tərəfindən zəhərləndiyilə bağlı fərziyyələr də səsləndirilməkdədir.  
Hindistanın baş naziri İndira Qandi də vəzifə başında güllələnən dövlət rəhbəri olub. 1966-cı ildə  Hindistanın baş naziri postuna seçilən İndira Qandi ilk dönəmdə 6 il ölkəni idarə edib.
1977-ci ildə keçirilən parlament seçkiləri zamanı İndira Qandi məğlub olub. Bundan sonra iki dəfə korrupsiya ittihamı ilə həbsə salınıb.
Buna baxmayaraq, İndira Qandi yenidən siyasi arenaya dönüb və 1978-ci ildə parlament üzvü, 1980-ci il seçkilərində isə qalib gələrək yenidən baş nazir olub.
1980-ci ildə Hindistanın Pəncab vilayətində kompakt yaşayan sinkhlərlə yerli hindlilər arasında etnik zəmində gərginlik yaranır.
1981-də özlərini müstəqil icma elan edən sinkhlər müqəddəs Sarmandir-Sahib məbədini ələ keçirirlər. İndira Qandinin göstərişi ilə məbədin azad olunması əməliyyatı başlayır. Nəticədə 500-dən artıq sinkh öldürülür və məbədə ciddi zərər dəyir. Sinqh lideri Jarnail Sinqh məhv edilir.
Bu əməliyyatlar zamanı İndira Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı...
Onda sinkhlər qisas alacaqları ilə bağlı bəyanat yayırlar. Yaxınları İndira Qandiyə əslən Pəncabdan olan mühafizəçilərini qovmağı məsləhət görürlər, lakin o, bunu ciddiyə almır.
1984-cü il oktyabrın 31-də britaniyalı aktyor və yazıçı Piter Ustinovla planlaşdırılan müsahibə zaman İndira Qandini öz mühafizəçiləri güllələyirlər. Milliyətcə sinkh olan mühafizəçilər Beant Sinqh və Satvant Sinqh xanım baş nazirə çoxlu atəş açırlar. Yaxınlıqdakı digər mühafizəçilər qəsdçiləri öldürsələr də, 33 güllə yarası alan Qandinin həyatını xilas etmək mümkün olmur.
Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb. Prezidentin iqamətgahı 7 iyul 2021-ci il tarixində yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz də yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam