Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Yunanıstan Baş naziri ilə nələrdən danışdı...-TƏFƏRRÜAT

Ərdoğan Yunanıstan Baş naziri ilə nələrdən danışdı...

Terrorla mübarizə məsələsində Yunanıstanla fikir birliyimiz getdikcə güclənir. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer olmadığı ilə bağlı həmfikirik. Əlaqələrimizdəki müsbət atmosferin Yunanıstandakı soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik.

Yenixeber.org: Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə mətbuat konfransında söyləyib.

Ərdoğan bildirib ki, görüşlərdə Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli məsələlər müzakirə edilib, onların dialoq yolu ilə həlli iradəsinə sadiqlik ifadə olunub. Qarşıya iki ölkə arasındakı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq məqsədi qoyulub.

“Kipr probleminin adadakı həqiqətlər əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir. Belə bir addım regionumuzda sabitliyi və əmin-amanlığı gücləndirəcək”, - deyə Ərdoğan vurğulayıb.

Baş nazir Mitsotakis Türkiyə ilə Yunanıstan arasındakı anlaşma və xoş münasibət mühitinin davamlı olaraq daha müsbət istiqamətdə inkişaf etdiyini, ölkəsinin Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə dəstəyini davam etdirəcəyini bildirib.

Liderlər görüş zamanı regional və qlobal məsələlər, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın da müzakirə olunduğunu bildirərək, Qəzza zolağında dinc əhalinin qorunmasının vacibliyini vurğulayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam