Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mir Şahin ölümlə hədələndi

 

Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın dörd jurnalisti əleyhinə kampaniyaya başlayıblar.

     "xeberinfo.com": Jurnalistlər arasında “APA Holding”in iki əməkdaşı da var. Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın dörd jurnalistinə qarşı kampaniyaya başlayıblar.

Məlumata görə, radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər Feysbukda ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, şirkətin vitse-prezidenti Mirşahin Ağayev, APA-nın əməkdaşı Hafiz Heydərov və "Kulis.az” saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar.

      Onlar öz Feysbuk səhifələrində ANS televiziyasında son vaxtlar Suriyada döyüşən azərbaycanlılarla bağlı yanlış informasiyalar verildiyini əsas gətirərək V. Mustafayev və M. Ağayevin ünvanına təhqir və tənqidlər səsləndirirlər. Dindarlar V. Mustafayev və M. Ağayevin üzərinə “ANS kanalı fars şiəliyini yaymağa son qoy!” şüarları yazılmış fotolarını sosial şəbəkələrdə paylaşırlar.

     Dindarlar həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov Feysbukda başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb.  

    Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər:

     “Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam