Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ANS yenidən səhmləşdirilir - TELEKANAL MÜSTƏQİLLİYİNİ TAM İTİRİR

vahidmirsh

 

Uzun müddət idi ki, ANS-in Vahid Mustafayevin nəzarətindən çıxarıb ələ keçrimək üçün ciddi çabalar göstərilsə də, bəzi maraqlı qüvvələr buna nail ola bilməyib.

Xeberinfo.com:   Düzdür xeyli müddət idi ki, telekanalı müxtəlif yollarla sıxıb rəhbərliyi deyilən təkliflərə razı salamağa çalışılırdı, ancaq nəticə olmurdu. Hətta bir müddət öncə Milli Teleradio Şurası (MTRŞ) telekanallara maliyyə yardımı ayırsa da, ANS bu yardımdan kənarda qaldı. Bir gün keçəndən sonra Azərbaycan hakimiyyətinin ciddi müdaxiləsindən sonra ANS-ə də maliyyə yardımı ayrıldı. ANS-ə qarşı “domokl” qılınc kimi daha çox MTRŞ-dən istifadə edilir. MTRŞ mütəmadi olaraq telekanallarda apardığı monitorinq nəticəsi ANS tənqid atəşinə tutulur və demək olar ki, hər dəfə də telekanala ciddi xəbərdarlıqlar edilir. 2014-2015-ci illərdə MTRŞ-in həyata keçridiyi monitorinqlərə nəzərə salsaq və bunu nəticəsində ANS-ə edilən xəbərdarlıqlar yetər. Məsələn, 2015-ci ilin oktaybrında Xoşqədəm Hidayətqızının verilişin dayandırılması, 2014-cü ilin dekabrında “Adam içində” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlara görə ciddi xəbərdarlıq edilib. Bütün bunlar onu deməyə əsas verir ki, son bir neçə ildə ANS-in üzərindən “qara buludlar” çəkilməyib.  Telekanal davamlı olaraq təqiblərə məruz qalınır və əldən ələ keçirilməsi uğrunda davalar bitmir. İyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdindən sonra ANS-in üzərini növbəti dəfə “qara bulud” aldı. Artıq deyəsən, məsələ ciddidir. Pusquya yatanlar bu məqamdan istifadə edib öz planlarını həyata keçirmək istəyir. Marqlı qüvvələr telekanalı terroçuluq ideyalarının təbliğində ittiham edərək onun bağlanmasına nail olublar. Düzdür, əsas kimi Türkiyədəki hadisələr göstərilsə də, bunun arxasına başqa maraqların da olduğu ortadadır və bunu gizlətmək mümkün deyil. Türkiyədki olaylardan sonra MTRŞ ANS-in bir aylıq yayımdan məhrum etdi. Bu dəfə prosesə Prokurorluq və məhkəmə də cəlb edilib. ANS-i ələ keçrimək və ya onu məhv etmək istəyən maraqlı qüvvələr bu dəfə prokurorluq və məhkəmənin də xidmətindən yararlanmağa çalışır. Baxmayaraq ki, ANS-in baş direktoru Mirşahin Ağayev baş verən hadisə ilə bağlı üzr istəsə də. Onun bu üzrü istehza ilə qarşılanıb və MTRŞ onun bu üzrünə cavabı elə də gecikdirməyib. MTRŞ sədr müavini Qafar Cəbiyev İTV-yə müsahibəsində qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevin üzr istəməsi günahından da betərdi: “Mən Mirşahinin açıqlamasını oxudum, o xalqdan üzr istəyir. Ancaq Mirşahin canlı yayımda dediyi sözləri unudur, telekanalın bağlanması Fətullah Gülənin anonsunun efirə verilməsiylə yanaşı həm də onun hadisə günü canlı yayımda dediyi sözlərə görədir. Hadisədən bir neçə gün sonra üzr istəməyə nə var ki? O gördü ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı, günahkarlar həbs olundu, vəziyyət düzəldi və durub üzr istədi. El arasında bir söz var ki, üzrü günahından betər. Mirşahinin də üzrü günahından da betər oldu” Mirşahin müəllim və ANS rəhbərliyi bilmir ki, Fətullah Gülən kimdir?” Proses bununla bitməyib. Son günlərdə ANS-ə qarşı aparılan piarlar da bunu deməyə əsas verir. Bütün bunlar bir daha deməyə əsas verir ki, ANS-in Vahid  Mustafayevin əlindən alınması istiqamətində işlər ciddir və maraqlı qüvvələr bu fürsətdən yararlanıb qurumu ələ keçirmək istəyirlər. Əldə etdiyimiz məlumata görə, ANS yenidənsəhmləşdiriləcək. İdarəçilik köhnə komanda da olsa da ancaq səhmlərin əsas hissəsi hakimiyyətin əlinə keçəcək. Yeni sahibin adı yenə də gizli saxlanacaq və idarəetmə və hüququ sənədlər isə başqa bir şəxsin adına yazılacaq.  Vahid Mustafayev deyilən şərtləri qəbul etməyəcəyi təqdirdə, ona qarşı digər kompramatlardan da istifadə ediləcəyi gözlənilir. Onun rəhbərlik etdiyi şirkətlərdə yoxlamaların aparılması və vergidən yayınma halları bir daha araşdırılacaq. Məhz ona görə də bu dəfə prosesə prokurorluq cəlb edilib. Bizə daxil olan məlumata görə, V. Mustafayev ANS-in səhmlərinin verilməsində ilkin razılığa gəlib. Ancaq V. Mustafayev səhmlərin az qismini satmaq istəyir, qarşı tərəf isə tam nəzarəti ələ keçirmək istədiyindən böyük qism səhmə sahib olmaqda israrlıdır. Məsələ yaxın iki həftə ərzində öz həllini tapmalıdır. Əks təqdirdə ANS-i daha ağır günlər gözləyir.

Gununsesi.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam