Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukrayna həlledici həftəyə girdi -Ərdoğanın sülh formulu kimə sərfəlidir?

Ankara təklif edir ki, müharibə dondurulur, işğal edilən ərazilərdə 2040-cı ildə beynəlxalq müşahidə altında referendum keçirilir, Ukraynaya bitərəf status zəmanət verilir, Kreml Kiyevin Aİ-yə qoşulmasına etiraz etmir - lakin...

Yenixeber.org: Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin mayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. 

Prezident Ərdoğandan gəldiyi deyilən təklifin qayəsində mövcud cəbhə xətti boyu müharibənin dondurulması, Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər dayanır. Rusiya lideri Putin plana etiraz bildirməyib. Ukrayna isə bunu konfliktin dondurulması və Moskva üçün sərfəli variant hesab edərək, məqbul saymayıb. Əlbəttə, son söz Ukrayna xalqınındır. İstənilən halda, bu bir təklifdir. Hərgah layihə Ukrayna üçün daha əlverişli hesab oluna bilər. Əvvəla, bu plana əsasən, Rusiya qalib deyil, ümumiyyətlə, qalib yoxdur. Münaqişənin uzanması isə Ukrayna və Rusiya da daxil, bəşəriyyətə, qlobal iqtisadiyyata dəhşətli ölçüdə ziyandır. Eyni zamanda qardaş ölkə bu xüsusda getdikcə daha qəliz seçim qarşısında qalmaq riskindən qurtulmuş olacaq. Dünyaya nüvə təhdidinin aradan qalxması da öz yerində.

İkincisi, sülh formulu beynəlxalq hüquqa zidd deyil. Referendumlara qədər Ukraynanın ərazi bütövlüyü mübahisə mövzusu olmayacaq. Referendumlar isə yalnız Kiyevin (mərkəzi hökumətin) razılığı ilə baş tutacaq. 2040-a kimi isə mübahisəli ərazilərdə əhalinin vəziyyəti dəyişə bilər. İnsanlar adətən daha yaxşı, daha təminatlı və təhlükəsiz gələcəyə səs verir. Ukrayna ona qədər güclü, inkişaf edən, hüquqi-demokratik, müasir dövlətə çevrilməyi bacarmalıdır. Halbuki həmin ərazilərdə referendum keçirilməsi sual altındadır. Rusiya 4 regionu saxta referendumla özünə birləşdirdiyini elan edib. Hazırda Rusiya Xerson, Zaporojye, Luqansk və Donetski öz “suveren ərazisi” sayır. O baxımdan beynəlxalq müşahidə altında bu torpaqlarda referendum keçirilməsi və Rusiyanın müdaxiləsi olmadan şəffaf səsvermə olacağı şübhə doğurur. Hər halda, Ankara indiki ağır şəraitdə münasib variant seçib. 

Bu arada məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə, nəhayət, Ukraynaya maliyyə dəstəyi məsələsinə baxacaq. “The Hill” qəzetinin yazdığına görə, Konqresin aşağı palatasının spikeri Mayk Conson məsələni qanunvericilərin müzakirəsinə rəsmi şəkildə təqdim etməyə hazırdır. Həmçinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit “Mən bilirəm ki, spiker gələn həftə Ukrayna ilə bağlı nəsə etmək niyyətindədir” deyib. Smit əmindir ki, Kiyevə köməyi davam etdirməyin yeganə variantı (söhbət 60 milyard dollarlıq yardımdan gedir) əvvəllər Senat tərəfindən təsdiq edilmiş qanun layihəsini aşağı palatanın dəstəkləməsi olacaq: “Ukraynaya köməyin yeganə yolu Nümayəndələr Palatasının Senatın qanun layihəsini qəbul etməsidir”. Bəs son gəlişmələr nədən xəbər verir, zaman kimə işləyir - Rusiyaya, yoxsa konfliktin dondurulması əleyhinə olan Ukraynaya? ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə çoxdan gözlənilən yardımı təsdiqləyəcəkmi? 

Yeri gəlmişkən, ABŞ Senatında Ukrayna və İsrailə yardımla əlaqədar konsensus əldə olunub. Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer belə deyib. O bildirib ki, Konqres hər iki ölkəyə yardım göndərmək üçün mümkün qədər tez hərəkətə keçməlidir. Parlamentarinin sözlərinə görə, konsensus prezident Cozef Bayden və Konqres rəhbərliyi arasında bazar günü keçirilən müzakirə zamanı əldə olunub. Şumer Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bu həftə hər iki ölkəyə yardım məqsədilə müəyyən işlər görülə biləcəyinə ümid etdiyini bildirib: “İsrail və Ukraynaya kömək etməyin ən yaxşı yolu Nümayəndələr Palatasının hər iki ölkəyə yardımı nəzərdə tutan və Senatın təsdiqlədiyi milli təhlükəsizliklə əlaqədar yeni qanun layihəsini qəbul etməsidir”.

Ramiyə Məmmədova

Türkiyədə fəaliyyət göstərən “World Panorama” strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədovanın bildirdiyinə görə, Ərdoğanın sülh paketi hər iki tərəfi atəşkəsə razı salmaq üçün ən əlverişli təklifdir, lakin müharibəni aparan anqlosakson dünyasıdır. Onun fikrincə, ABŞ və Böyük Britaniya “bitdi” demədən, bu savaş dayanmayacaq. Ekspert hesab edir ki, “Ramşteyn” formatı Ukrayna müharibəsinin avanqard platformasıdır və Zelenski hakimiyyətini hara və nə qədər müdafiə etmək lazım gəldiyinə onlar qərar verirlər. Daha bir Ukrayna konfransı olacağına diqqət çəkən analitikin qənaətinə görə, Kiyevin Ankaranın bu təkliflərini qəbul etməsi üçün müstəqil qərar vermək imkanı yoxdur: “Beynəlxalq nəzarət altında referendum ideyası çox yaxşıdır. İntəhası, ona qədər ərazilər faktiki rusların işğalı altında qalacaq. Gərək rus qoşunları çıxa, Ukrayna ərazi bütövlüyünü təmin edə, sonra ümumxalq səsverməsi ola. Buna Rusiya razılaşacaqmı? Bu qədər döyüşlərdən, tökülən qanlardan sonra Moskva imtina edəcək, deyəcək ki, Donbas bizimdir”. 

R.Məmmədova Türkiyənin hər zaman sülh üçün təşəbbüs göstərdiyini, sadəcə, tərəflərin irəli sürdüyü şərtlərin maksimal olduğunu düşünür: “Kremlin tələbləri ifratdır və alçaldıcıdır. Ukrayna dövlətini təslimçiliyə çağırırlar. Kiyev də 1991-ci il sərhədlərinə qayıtmağa dəvət edir. Buna da ordusu 20 faiz ərazini işğal edən Rusiya razı olmayacaq. Əslində Ukraynada müharibənin başlamaması üçün zamanında bəzi addımlar atıla bilərdi. Misal üçün, Ukraynanın ruslar yaşayan ərazilərində muxtar statusu, rus dilinin ikinci dövlət dili olması, bu ölkənin heç bir hərbi bloka qoşulmayacağı barədə öhdəlik götürməsi... O zaman bəlkə də Putin savaş qərarı verməyəcəkdi. İndi isə böyük bir bataqlıqdır və buradan nə Qərb, nə də Rusiya necə çıxacağını bilmir. Daha doğrusu, simalarını qoruyaraq, məğlub görünmədən çıxmaq yolları axtarılır. Hər halda, anqlosakson dünyasının Rusiyanın strateji olaraq məğlubiyyətə uğradılması üçün Ukraynaya verdiyi bu dəstək davam edəcək. Əgər koalisiya müdaxilə etməsə, əlbəttə, Zelenski və Putin bəlkə də Ərdoğanın sülh formulunu qəbul edərdilər”.(musavat) 

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam