Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp, yoxsa Bayden: Kimin şansı daha çoxdur? -ŞƏRH

    "Şanslar əlli-əlliyədir. Real mənzərə isə iki-üç aydan sonra bəlli olacaq". 
Yenixeber.org: Bunu "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ABŞ-pa Prezidentliyə namizəd Donald Trampın şanslarını dəyərləndirərkən deyib.
Ərəstun Oruclu bildirib ki, Donald Trampın bir dəfə prezident olub, sonrakı seçkiləri uduzması fonunda yenidən hakimiyyətə iddia etməsi ABŞ tarixində unikal hadisədir:
"Bunu bir çoxları Trampın şəxsi keyfiyyətlərilə izah edir. Tramp xarakter baxımından qeyri-standart insandır. Məsələyə iki aspektdən yanaşmalıyıq. Son iki ildə bu məsələdə respublikaçılar daxilində parçalanma olduğunu görürdük. Amma Trampa qarşı olan qrup iriçəkili namizəd irəli sürə bilmədiyindənTramp praymerizdə qalib gəldi. Trampı praymerizə buraxmamaq cəhdləri də oldu, lakin bu da nəticə vermədi. Bu iki amil son nəticədə respublikaçıları yenidən Tramp ətrafında birləşdirdi". 
 
Politoloq qeyd edib ki, demokratlar daxilində də problemlər mövcuddur:
"Co Baydenin səhəti Tramp tərəfdarlarını xeyli ürəkləndirib. Yaxın Şərqdə başlanan müharibə isə demokratları çətin duruma salıb. Onlar İsraili  dəstəkləməyə məcbur oldular. ABŞ daxilində Fələstini dəstəkləyən güclü hərəkat mövcuddur. Bu hərəkatın mütləq əkasəriyyəti Demokratlar Partiyasında olan fəallardan ibarətdir. Bu isə seçkidə Baydenin səslərinin itirilməsi demək olar. Amma bu problemi həll etmək üçün Bayden hökuməti aktiv fəaliyyətə başlayıb. 
Artıq Demokratlar Partiyasından olan rəsmilər də Yaxın Şərq məsələsində iki dövlət formulunu dəstəklədiklərini bəyan etdilər və İsraildə seçkilərə çağırış etdilər. İsrail müxalifətinin lideri Beneqans London və Vaşinqtonda qəbul edildi. Yəni demokratlar seçkini uduzmamaq üçün Yaxın Şərq böhranı ilə bağlı müəyyən həll yolunu tapmağa çalışır. Bunun alınıb-alınmayacağı İsrailin daxili siyasətindən asılıdır. Keçirilən sorğulara rəğmən bir məsələni qeyd etmək olar ki, şanslar 50/50-yədir. ABŞ vətəndaşlarının bir hissəsi Trampın irqçi, islamafob baxışlarından ehtiyat edir. Bu amil Trampın ziyanına işləyir. Hər şey ölkə dailindəki sosial-iqtisadi vəziyyətdən asılı olacaq. Bu gün vəziyyət ölkədə heç də pis deyil. Kimim şanslarının daha çox olduğunun real mənzərəsi isə iki-üç aydan sonra bəlli olacaq".
Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da növbəti prezident seçkiləri olacaq. Baydenin rəqibi qismində Respublikaçıların namizədinin yenidən bir dəfə Prezident olan Donald Tramp olacağı gözlənilir.(Qaynarinfo) 
Rüfət Sultan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam