Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bayden rus jurnalistə müsahibə verəcəkmi? -Putinin məqsədi nədir...

         Ekspert: “Bu, daha çox Baydenin mənfi obrazını nümayiş etdirməyə hesablanıb”

Yenixeber.org: “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ prezidenti Co Baydendən müsahibə almaq üçün Ağ Evə müraciət edib. 

Kiselyovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında dialoq yoxdur və Rusiya lideri Vladimir Putin Amerika auditoriyası üçün müsahibəyə razılıq verməklə nümunə göstərib.

Məktubda deyilir: “Biz prezident Baydenin beynəlxalq vəziyyəti sabitləşdirmək, etimadı bərpa etmək, ABŞ və Rusiya arasında münasibətləri yeniləmək barədə fikirlərini eşitmək fürsətini yüksək qiymətləndiririk”.

Bildirilir ki, agentlik Baydenlə müsahibəni xarici dillərə tərcümə etməyə və media qruplarının platformalarında yaymağa hazırdır.

Xatırladaq ki, prezident Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-na keçən gecə dərc olunub. Bu, jurnalistin saytında və onun X hesabında dərc edilib. Bir neçə saat ərzində video on milyonlarla baxış toplayıb və Putin və Karlson sosial şəbəkələrdə ən çox adıçəkilən şəxslər olub.

Aydındır ki, Baydenlə müsahibə təşəbbüsü Kremldə oturanlara məxsusdur. Kiselyov bu məsələdə qərar verə bilməz. Hətta onu dərhal onu xarici agent elan edib cəzalandırarlar. Gorünən həm də budur ki, Putin həqiqətən müharibənin uzanmasından ehtiyatlanır və ABŞ-la anlaşma yolları axtarır.

Digər yandan, müsahibə təşəbbüsünün dissident A.Navalnının ölümü və rusların Avdeyevkanı nəzarətə götürməsindən dərhal sonra ortaya atılması da diqqət çəkir. Moskva müsahibə ilə konkret hansı məqsədlər güdür?

Bəs yaddaş problemi yaşayan Bayden rus jurnalisti, Putinin adamını qəbul edəcəkmi? Putin qədər cəsarət yiyəsi, onun qədər demokrat ola biləcəkmi? 

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, rusiyalı jurnalistin Baydenə müraciətinin bir neçə məqsədi var: “Baydenin səhhəti onun müsahibə vermək imkanlarını məhdudlaşdırır. Baydenin səhhəti ilə bağlı fikirləri qarışıqdır. Bu onun  Altsheymer xəstəliyi ilə əlaqəlidir. Müəyyən mənada yaddaşsızlığı var. Dmitri Kiselyovun verilişlərində hər dəfə onun təyyarənin trapında yıxılmasını, fikirlərini qarışdırmasını göstərirlər. Müsahibə istəməklə daha çox Baydenin qabiliyyətsizliyini, xəstə vəziyyətini göstərmək istəyirlər. Bayden Putin kimi yarım saat tarix danışmayacaq. Onun toxunacağı mövzu beynəlxalq hüquq ola bilər. Hesab edirəm ki, bu müsahibə istəyi daha çox Baydenin mənfi obrazını nümayiş etdirməyə hesablanıb”.

İlham İsmayıl deyir ki, Bayden rusiyalı jurnalistə müsahibə verməsə, bundan da istifadə ediləcək: “Baydenin bir jurnalistin qarşısına çıxıb suallara cavab verə bilmədi fikri tirajlanacaq. Hətta Bayden qorxdu müsahibə vermədi fikirini formalaşdırmağa başlayacaqlar”.

İlham İsmayıl deyib ki, müsahibə təşəbbüsü xoşməramlı niyyətdən yaranmayıb: “Rusiyanın addımları Ukrayna ilə münasibətləri sülh yolu ilə deyil, zorakılıqla çözmək planlarını göstərir. Müsahibə də ABŞ prezidentinin Ukrayna mövzusunda mövqeyini öyrənmək deyil, daha çox Baydenin yaddaşsızlığını, gülməli, mənfi obrazını formalaşdırmaq üçündür. Əgər ABŞ rəhbərliyinin mövqeyini öyrənmək istəyirlərsə,  ABŞ dövlət katibi Entoni Blinkenlə müsahibə edə bilərlər”.(musavat)  

E.MƏMMƏDƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam