Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskvaya qarşı cəbhə genişlənir - Təcavüzkar dayandırılmalıdır

            Qərb Ukraynaya hərbi dəstəyin vacibliyini getdikcə daha çox başa düşür

Yenixeber.org: Norveç hökuməti ölkə şirkətlərinə Ukraynaya birbaşa silah və müdafiə məhsulları satmağa icazə verib. Onlar bu hüququ 2024-cü il yanvarın 1-dən Norveç Nazirlər Kabinetinin razılığına əsasən əldə ediblər.

Hökumətin hesabatında qeyd olunur ki, Stortinqin (Norveç parlamenti) 1959-cu il qərarı ilə müharibə gedən və ya müharibə təhlükəsi olan ərazilərə silah və sursat satışı qadağan edilib, lakin krallığın hakimiyyət orqanları Ukraynadakı hərbi münaqişə üçün istisna təşkil edib.

Norveç hökuməti Rusiyanın təcavüzünün bir dövlət və millət kimi Ukraynanı təhdid etdiyini bəyana edib. “Ukraynanı dəstəkləməyə davam etməyimiz son dərəcə vacibdir. Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Biz qeyri-qanuni müharibənin uzun müddət davam etməsi ehtimalını nəzərə almalıyıq”, – deyə Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.

Norveç Xarici İşlər Nazirliyinin (XİN) vurğuladığı kimi, silah və müdafiə məhsullarının birbaşa satışı yalnız Ukraynanın rəsmi orqanlarına edilə bilər. XİN Norveç şirkətlərinə fərdi qaydada müvafiq ixrac lisenziyaları verəcək. Təchizatçılardan həmçinin son istifadə zəmanəti və təhlükəsiz daşıma marşrutları təqdim etmələri tələb olunacaq.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi təcavüzündən sonra Norveç Moskvanın hərbi təcavüzünü pisləyib və Kiyevə maliyyə və hərbi yardım göstərən ölkələrə qoşulub. 2023-cü ildə Oslo Ukraynaya təxminən 11 milyard kron (təxminən 980 milyon avro) məbləğində hərbi dəstək verib.

2023-cü ilin yayının sonunda Norveçin Baş naziri Jonas Gahr Store F-16 qırıcılarını Ukraynaya verəcəklərini vəd etdi. Bundan əvvəl Oslo bu tip təyyarələri idarə etmək üçün ukraynalı pilotları öyrətməyə başladı. Norveç Nazirlər Kabinetinin rəhbəri dəqiq olaraq neçə təyarənin Ukrayna Silahlı Qüvvələrinə və hansı müddət ərzində veriləcəyini açıqlamayıb. Milli yayımçı NRK-yə görə, söhbət beş-on təyyarədən gedə bilər.

Öz növbəsində ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib ki, ölkəsi Ukraynada müasir hava hücumundan müdafiə sisteminin yaradılması üzrə ABŞ və digər müttəfiqləri ilə dialoqu davam etdirəcək.

Norveç Nazirlər Kabinetinin özəl şirkətlərə Ukraynanı birbaşa silahlandırmaq hüququ vermək qərarı Ukraynanın hərbi dayanıqlığı üçün nə dərəcədə əhəmiyyətli ola bilər? Digər Avropa ölkələrinin də Oslodan nümunə götürməsi şansı varmı?

Suallarımızı tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Norveç hökumətinin qərarı Ukraynaya hərbi dəstək prosedurlarını sadələşdirir və digər ölkələrin də Norveçdən nümunə götürəcəyinə ümid yaradır. Lakin indiki şəraitdə ən önəmlisi odur ki, Ukraynaya dəstək verən bütün ölkələr istənilən yolla Ukraynaya silah, sursat və texnika tədarükünü artırsın.

Danimarka, Hollandiya və Norveçdən Ukraynaya F-16 təyyarələrinin çatdırılması Ukraynanın öz hava məkanının müdafiə qabiliyyətini xeyli gücləndirəcək. Qərb ölkələrinin təcili olaraq Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün hər cür səy göstərməsi də həyati əhəmiyyət kəsb edir. Bu kontekstdə Norveçin NASAMS sistemi təsirli bir töhfə olub, var və olacaq”.

Alman Xarici Əlaqələr Şurasının “Beynəlxalq Nizam və Demokratiya Proqramı”nın rəhbəri Dr. Ştefan Meister:

“Əvvəla, bu, onu göstərir ki, hətta Norveç kimi yeni şəraitdə silah tədarükü və satışına ciddi məhdudiyyətlər tətbiq edən dövlətlər də bu siyasətdən əl çəkir. Eyni şeyi biz Almaniyada da gördük, burada da silah satışına ciddi məhdudiyyətlər qoyulmuşdu.

Biz görürük ki, Rusiyadan gələn təhlükə, demək olar ki, bütün NATO üzvləri tərəfindən həm də öz təhlükəsizliyinə təhdid kimi baxılır. Həmçinin belə bir anlayış var ki, noyabrda keçiriləcək növbəti ABŞ seçkilərinə qədər avropalılar daha çox silah və sursat tədarük etməli ola bilər, çünki Trampın rəhbərliyi altında ABŞ geri çəkilə bilər.

Norveç mühüm sursat və xüsusi silah istehsalçısıdır, ona görə də bu qərar Ukrayna üçün olduqca vacib qərardır. Amma bu il böyük dəyişikliklər olmayacaq, çünki hasilatın artırılması vaxt tələb edir. Qətiyyətlilik də kifayət etməyəcək, amma mən təsəvvür edə bilərəm ki, başqa ölkələr də bu qərarın ardınca gələcək.

Rusiyanın artan silah və sursat istehsalının təzyiqi altında Rusiyanın Şimali Koreya və İranla silah tədarükü sahəsində əməkdaşlığı fonunda getdikcə daha çox Avropa ölkəsi bu nümunəni izləyəcək. Deməli, bu, artıq mövcud olan tendensiyadır (məsələn, Almaniyada) və Ukraynanın buna həqiqətən ehtiyacı var”.(AYNA)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam