Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elçin Mirzəbəyli namizədliyini geri götürdü

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini geri götürüb.


"Xeberinfo.com":   Məlumata görə, E. Mirzəbəyli “facebook” hesabında bu barədə belə yazıb: “Seçkidə iştirakımı dayandırdım. Məni Milli Məclisdə görmək istəyən və bunun üçün dəstəyini, dualarını əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünürəm. Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm.

 

Bu günədək canım qədər sevdiyim dövlətimin və ayrılmaz bir parçası olduğum millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadır! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim yola davam edəcəyəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim dövlətimdən tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqincə istifadə etmək imkanının tanınmasıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam