Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BAXCP deputatlığa namizədlərinin siyahısını müəyyənləşdirib

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
 
"Xeberinfo.com":   Partiyadan APA-ya verilən məlumata görə, Ali Məclisin bu gün keçirilən sessiyasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçkilərə hazırlığı barədə danışıb. Partiya üzvlərinin seçkilərdə fəal iştirakının önəmini vurğulayan Q. Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçiklərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır.
 
“İndi daha hazırlıqlı və çevik siyasətçilərə ehtiyac var” deyən BAXCP sədri bütün partiya üzvlərini seçkilərdə fəal iştirak etməyə, partiyanın ideyalarını təbliğ etməyə çağırıb.
 
BAXCP Ali Məclisi təşkilatın Milli Məclisə seçkilərdə siyasi partiya kimi iştirak edəcəyi barədə qərar qəbul eidb və təşkilatın deputatlığa namizədlərinin siyahısını müəyyənləşdirib.
 
Partiya bu siyahını İdarə Heyətinin təsdiqindən sonra açıqlayacağını bildirib.
 
Toplantıda, həmçinin,  “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev BAXCP İdarə Heyətinin üzvü seçilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam