Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Şimali Qafqaz qaynayır -Abxaziya separatçıları da hərəkətlənir 

Dağıstan iğtişaşlarından sonra Abxaziyanın İttifaq Dövlətinə qoşulması müzakirə olunub; Rusiya “qayka”ları bərkidir və bölgədə kontrolu gücləndirir

Yenixeber.org: Son vaxtlar həm regional, həm də beynəlxalq mediada Şimali Qafqazda vəziyyətin gərginləşəcəyinə dair verilən rəylər, deyəsən, özünü doğruldur. Dağıstanda baş verən son hadisələrin ardınca Abxaziyadakı separatçı qurum da hərəkətlənir.

Belə ki, beynəlxalq səviyyədə Gürcüstanın bir hissəsi kimi tanınan ərazilərdə yaradılmış separatçı Abxaziya parlamentində qondarma ölkənin Rusiya və Belarus arasındakı İttifaq Dövlətinə qoşulması ideyası müzakirə olunacaq. “Exo Kavkaza” xəbər verir ki, noyabrın 1-də separatçıların parlamentinin beynəlxalq, parlamentlərarası əlaqələr və həmvətənlərlə əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyindəki yeganə məsələ “Abxaziya Respublikasının postsovet məkanında inteqrasiya birliklərində iştirakı, yəni Abxaziyanın İttifaq Dövlətinə qoşulmağa hazır olması məsələsinin müzakirəsi”dir.

Separatçıların lideri Aslan Bjaniya hələ 2021-ci ildə Abxaziyanın “suverenliyinin bir hissəsini paylaşmalı” olduğunu demişdi. 2022-ci ilin avqustunda o, Abxaziyanın Ukraynadakı müharibədən sonra yarana biləcək Rusiya, Belarus və digər ölkələrin İttifaq Dövlətinə qoşulmağa hazır olduğunu bildirib. Separatçıların xarici işlər naziri İnal Ardzinba da “inteqrasiya proseslərini” dəstəklədiyini bəyan edib. Rusiya və Belarus arasında İttifaq Dövləti layihəsinə 1999-cu ildən start verilib və proses davam etməkdədir. Abxaziyanın müstəqilliyini 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya, eləcə də Suriya kimi bir sıra moskvayönümlü ölkələr tanıyıb. Bu addımın atılması nə ilə nəticələnə bilər? Siyasi gərginlik Şimali Qafqazda toqquşmalara səbəb ola bilərmi? Dağıstan olayları, ardınca Abxaziya separatçılarının bu addımında paralellər varmı? Qeyd edək ki, Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər.

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova Dağıstan və Abxaziya məsələlərini bir-birindən fərqləndirir. Onun sözlərinə görə, birində Rusiya üçün təhdid varsa, digərində İttifaq Dövlətinə qoşulmaq təşəbbüsü görmək olar. Ekspert Rusiya dövlətinin Mahaçqalada baş verən iğtişaşları lokallaşdıra bildiyini və ətrafa sıçramasına imkan vermədiyini düşünür: “Bu dalğa geniş yayılsaydı, təhlükəli proseslər yaşanacaqdı. Hətta bizim sərhədlərin yaxınlığında olmasına görə Azərbaycanın da izlədiyi hadisələrdir. Heç bir halda Şimali Qafqazın qarışmasında maraqlı olmamalıyıq”.

Siyasi şərhçi hesab edir ki, Abxaziyanın İttifaq Dövlətinə qoşulmaq istəyi daha çox Ukrayna hadisələri ilə əlaqələndirilə bilər: “Rusiyanın işğal etdiyi 4 regionu da "müstəqil respublika"lar kimi İttifaq Dövlətinə qoşmaq niyyəti var. Ona görə indidən Abxaziya ilə başlanır, sonra Cənubi Osetiya bu qərarı verə bilər. Ümumiyyətlə, Rusiya "qayka"ları bərkidir, yeni bir dövrə hazırlaşır. Bir yandan Şimali Qafqazda kontrolu gücləndirir, digər tərəfdən separatizm ocaqları ilə bağlı addımlar atır. Kremldə belə qənaət var ki, qarşıda ona daha güclü təzyiqlər olacaq və daxildə parçalanmalar baş verə bilər. Peskov da bildirmişdi ki, Rusiya cəmiyyətini parçalamaq istəyən kənar güclər Dağıstanda iğtişaşları təşkil ediblər. Ona görə Rusiyanın içəridən dağılması, parçalanması riskləri mövcuddur. Bu səbəbdən addımlarını sərtləşdirir - Abxaziyanı İttifaq Dövlətinə qoşulmağa məcbur edir, hər halda, belə bir təlimat yerli rəhbərliyə verilib, həm də Dağıstan, Çeçenistan nəzarətdə saxlanır. Rusiya üçün bu ərazilər potensial partlayış ocaqlarıdır. Hər zaman Moskva bu bölgəyə həssas yanaşıb. Rusiya bilir ki, burada hadisələr qarşısıalınmaz olarsa, nəzarətdən çıxarsa, daha böyük coğrafiyaya yayıla bilər. Odur ki, Şimali Qafqazı diqqətsiz qoymaq olmaz".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun fikrincə, Dağıstandakı olaylar Rusiyada antisemit dalğanın güclənə biləcəyinin xəbərçisidir: “Rusiya və SSRİ tarixində yəhudilərə qarşı təşkil edilən hücumlar və yəhudilərin sıxışdırılması hər zaman olub. Elə İsraildə yaşayanların əksəriyyəti vaxtilə Rusiya imperiyasının ərazisini tərk edənlərin nəslindən olanlardır. Bəzi ölkələrdə anti-İsrail əhval-ruhiyyəsi antisemit çağırışlara yol açıb. Fransanın özündə belə sinaqoqların divarlarına antisemit şüarlar yazılır. Azərbaycan tolerant ölkədir, məmləkətimizin tarixində və bugünündə heç zaman antisemitizm olmayıb, ancaq ətrafımızda baş verənlərdən çıxış edərək radikal çağırışların təhlükəsini də hesablamalıyıq. İsraili idarə edənlər anlamalıdırlar ki, HƏMAS-ın terror hücumuna qarşı Qəzzanın kütləvi şəkildə bombalanması və mülki insanların qətli ilə “cavab” verilməsi ümumi gərginliyi artıracaq".(musavat.com)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam