Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İranlı din xadimi:"həbsxanaların qapılarını açın"

 İrandakı teokratik rejimin mürtəce siyasəti ölkənin mütərəqqi fikirli din xadimləri arasında da ciddi narazılığa səbəb olur.
Yenixeber.org:  İranın nüfuzlu sünni ruhanisi Mövləvi Əbdülhəmid Zahidanda cümə namazında etdiyi həftəlik çıxışında BMT-nin faktaraşdırıcı komitəsinin son hesabatına toxunaraq, İran səlahiyyətlilərindən həbsxanaların, xüsusilə Evin həbsxanasının qapılarını beynəlxalq müşahidəçilərin üzünə açmağı tələb edib.
“Həbsxanalarda bir şey insanlığa ziddirsə, şübhəsiz ki, şəriətə ziddir. Hətta İranın qanunlarına görə heç kimin məhbuslara işgəncə vermək və “döymək” hüququ yoxdur. Şəriət qanunlarına görə məcburi etiraf rədd edilir. Heç bir orqan məcburi etirafı etibarlı hesab edə bilməz. İranlı etirazçıların öldürülməsi və yaralanmasında təhlükəsizlik və hərbi qüvvələrinin rolu olduğundan İranda bununla bağlı hərbi məhkəmələr yaradılmalı idi. Bu məsələlər, eləcə də həbslər zamanı qadın etirazçıların cinsi təcavüzü halları həll olunsa, etirazların yatırılması ilə bağlı işin BMT-nin İnsan Hüquqları Şurasına çıxarılmasına ehtiyac qalmayacaq”, - Əbdülhəmid deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl BMT-nin İranda ümummilli etirazların yatırılması ilə bağlı faktaraşdırıcı komitəsinin rəhbəri Sara Hüseynin Cenevrədə BMT İnsan Haqları şurasının iclasında oxuduğu hesabatda Tehranın bu komitə ilə əməkdaşlıq etmədiyi vurğulanıb.
Din xadiminin çıxışından sonrz dindarlar küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Əbdülhəmidin çıxışı zamanı Zahidanın interneti növbəti dəfə kəsilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam