Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müdafiə olunan əks-hücuma keçir -Kiyev hara qədər uğur qazanacaq?

Ukrayna 10 gündən çoxdur ki, genişmiqyaslı əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyev əks-hücumun başlanması ilə bağlı dəqiq tarix açıqlamasa da, Kreml artıq 2 həftədir ki, Ukrayna ordusunun güclü hücumlar təşkil etdiyini etiraf edir, işğal etdiyi ərazilərdə möhkəmlənmək taktikasında çətinliklərlə üzləşdiyini gizlətmir.
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə iyunun 9-da əməliyyatların başladığını təsdiqlədi: “Dəqiq demək olar ki, Ukraynanın hücumları başlayıb, bunu strateji ehtiyatlardan istifadə də sübut edir”.
Hətta kreml rəhbəri belə bir iddia ilə çıxış etdi ki, Ukrayna qoşunları rusiyalı əsgərlərin cəsarəti, qoşunların düzgün təşkili sayəsində heç bir məntəqədə öz məqsədlərinə nail ola bilməyib: "Son günlər Rusiya Ukraynanın "klassik" göstəricini keçən ciddi itkilərini müşahidə edir" .
Putin bir neçə gün öncə bir daha eyni mövzuya toxunaraq bu dəfə dəqiq tarixi qeyd etdi: “Bu əməliyyatlar iyunun 4-dən davam edir".
Ukrayna lideri Volodimir Zelenski ordusunun uğurunu gizlətmir. O, "NBC News"a müsahibəsində deyib ki, "Rusiya genişmiqyaslı əks-hücumlara qarşı çıxmağa çalışır. Bu döyüşdə uğursuzluq nəticə olaraq müharibədə məğlubiyyət demək olacaq".
Onun sözlərinə görə, Ukrayna əks-hücumunun miqyası olduqca böyükdür.
"Qəhrəman xalqımız, ön cəbhədəki qoşunlarımız çox sərt müqavimətlə üzləşir. Çünki Rusiya üçün bu hərbi kampaniyanı Ukraynaya uduzmaq, əslində müharibəni uduzmaq deməkdir”, - Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, o, daim hərbçilərlə əlaqə saxlayır: "Cəbhədən ümumilikdə müsbət xəbərlər gəlir".
Qərb əks-hücum üçün 60 min Ukrayna əsgəri hazırlayıb
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli də cəbhə bölgəsində vəziyyətin dəyişdiyini etiraf edib. Onun sözlərinə görə, Ukrayna ərazisində son vaxtlar döyüşlər daha da şiddətlənib: “Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün yaxşı hazırlaşıb, lakin müharibə hələ uzun müddət davam edəcək. Normandiya döyüşü və ya hər hansı digər böyük döyüş kimi, müharibə də bir qiymətdir. Çox aktivlik görəcəyiniz günlər də olacaq, çox az aktivliyin olacağı günlər də. Hücumedici və müdafiə hərəkətləri də ola bilər. Ona görə də bu, uzun müddətli ikitərəfli mübarizə olacaq”.
Milli hesab edir ki, Ukrayna silahlı qüvvələri Rusiyanın genişmiqyaslı işğalından sonra ölkəni yaxşı müdafiə edib. Sonradan müttəfiqlər tərəfindən verilən təlim və silahlar Ukrayna ordusunu əks-hücumlara yaxşı hazırlayıb.
"Bunun üçün xeyli hazırlıq görülüb, xeyli təchizat işləri aparılıb. Silah-sursatlar ABŞ-la yanaşı, digər ölkələr tərəfindən də təmin edilib. Düşünürəm ki, onlar uyğun gördükləri əməliyyatlara hazırdırlar”, - Mark Milli vurğulayıb.
Bundan başqa, Mark Milli Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib ki, Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb. O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasiya edən qrupun növbəti iclasının nəticələrinə yekun vurarkən deyib: "Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb

NATO-nun baş katibi Yens Stoltenberq də Brüsseldə Alyansın Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında bu mövzuya toxunub. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə edib, NATO isə Ukraynaya hərbi dəstəyini davam etdirilməlidir. Stoltenberq fond yaratmaq, uzun müddətdə Ukraynanın çəkindiriciliyini artırmaq və Sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini də bildirib.
ABŞ-ın müdafiə naziri Lloyd Austin isə Ukraynanın ehtiyaclarını ödəməyə daha çox diqqət ayıracaqlarını bəyane dib: "Bu, gözlədiyimiz kimi çətin döyüşlər olacaq".
Nəticə var, bir neçə qəsəbə və kənd qısa zamanda geri alınıb

Rəsmi Moskva əks-hücumların uğursuz olduğunu iddia etsə də, Kiyev rəsmiləri artıq bir neçə istiqamətdə kəndlərin işğaldan azad edildiyini bəyan edirlər.
Ukrayna Silahlı Qüvvələrinin bir neçə gün öncə yaydığı bəyanatda vurğulanıb ki, Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqəsi rus hərbçilərdən təmizlənib. Qeyd olunub ki, ərazilərin yenidən işğalı üçün Rusiya ordusunun cəhdləri uğursuzluqla nəticələnib.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatının da açıqlaması diqqət çəkdi. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində 250 metrdən 700 metrə qədər irəliləyə biliblər.

Bundan başqa, Ukrayna ordusu Donetsk vilayətinin Strojevoe kəndini də işğaldan azad edib.

Dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasının yaydığı bəyanatda əməliyyatların plan üzrə uğurla davam etdiyini göstərir. Qeyd edilib ki, aparılan əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edərək işğal altındakı bütün torpaqların tezliklə azad ediləcəyini bəyan edib.

Həmçinin, son zamanlar Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri də işğaldan azad edilib.

Əks-hücumların qarşısını almaq üçün əkin sahələri də minalanır

Ümumilikdə iyunun 15-nə olan məlumata görə Kiyev əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini işğaldan azad etməyi bacarıb. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib ki, ordu uğurlu şəkildə Zaporojye istiqamətində şəhər və qəsəbələri işğaldan azad etməyə davam edir. A.Malyar isə bütün dünyanın diqqətlə izlədiyi əməliyyatlarla bağlı söyləyib ki, hazırda döyüşlər daha da gərginləşib: “Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır”.
Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvələr cəlb edir: “Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam