Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Hüseyn Şəhbazinin edam riski ilə bağlı XƏBƏRDARLIQ

17 yaşında həbs olunan 22 yaşlı Hüseyn Şəhbazi edam riski ilə üz-üzədir. Beynəlxalq Amnistiya təşkilatı İranın məhkəmə hakimiyyətinin rəhbərinə və Avropa İttifaqındakı səfirliyinə ünvanladığı məktubda bununla bağlı xəbərdarlıq edib.
Yenixeber.org: Şahbazinin edam hökmünün ədalətsiz məhkəmə yolu ilə və işgəncə altındakı etirafına əsaslanaraq verildiyini vurğulayan təşkilat dünya ölkələrindən İrandan bu edamı dayandırmağı tələb etməyə çağırıb. Əvvəllər ictimai etirazlara görə Şəhbazinin edam müddəti 4 dəfə gecikdirilsə də, məktubda İranın uşaqlara qarşı ölüm hökmləri çıxarmaqla beynəlxalq qanunları pozduğu qeyd olunub.
Hüseyn Şahbazi 2019-cu ilin yanvarında həbs olunduqdan sonra Şirazda vəkillə görüşdən məhrum edilərək 11 gün həbsdə qalıb. Sonra işgəncə altında etiraflar əsasında Fars vilayətinin cinayət məhkəməsi tərəfindən adam öldürmə ittihamı ilə ölüm cəzasına məhkum olunub. İranın Ali Məhkəməsi qərarla bağlı verilən apellyasiya şikayətini təmin etməyib.
“Amnesty İnternational” təşkilatı Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanı pozan İranın yetkinlik yaşına çatmamış cinayət törədən şəxsləri edama göndərməkdə davam etdiyini bildirir.
Uşaqların edam edilməsi və onların hüquqlarının ciddi şəkildə pozulması ilə yanaşı, inqilabi qiyamlar zamanı uşaqların öldürülməsi, işgəncə və cinsi təcavüzə məruz qalması səbəbindən də İran geniş miqyaslı beynəlxalq tənqidlərə məruz qalır.
“Human Rights Watch” təşkilatının hesabatında hazırkı etirazların yatırılması zamanı İranın təhlükəsizlik qüvvələrinin uşaqları öldürdüyü, onlara işgəncə verib və cinsi təcavüzə məruz qoyduqları vurğulanır. Bu sənədə əsasən, İran hakimiyyəti uşaqlara cinsi istismar və işgəncə vermək üçün öz “amansız təhlükəsizlik qüvvələrini” sərbəst buraxıb.
İran səlahiyyətliləri uşaqların valideynlərinə xəbər vermədən onların qanuni hüquqlarını pozaraq həbs, sorğu-sual və mühakimə edirlər. Hakimlər isə həmin uşaqların ailələrinə onları müdafiə etmək üçün öz seçdikləri vəkilləri tutmağa qadağa qoyurlar. Bundan əlavə,uşaqlar yeniyetmə məhkəmələrindən kənar, qeyri-müəyyən ittihamlarla mühakimə olunurlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam