Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Daşnaklarla Koçaryan arasında gərginlik yaranıb

Ermənistan beynəlxlaq münasibətlər, diplomatiya ilə yanaşı daxili siyasətdə də böhran yaşayır. İş o yerə çatıb ki, hətta əvvəllər eyni mövqedən çıxış edən müxalif qüvvələr indi bir-birinin ayağını dartmaqla məşğuldurlar.
Yenixeber.org: Məsələn, məşhur “Joğovurd” qəzeti Paşinyandan narazı qalan vətəndaşların hərbi cani və eks-prezident Robert Koçaryana üz tutmasında da bir məna görmədiyini yazıb.
Çünki hazırda o və həmkarlarları belə şəxsi maraqlarını düşünürlər. Nəşr yazır ki, son vaxtlar Ermənistanın ikinci prezidenti olmuş Koçaryanla parlamentin “Hayastan” fraksiyasının nümayəndələri arasında münasibətlər kifayət qədər gərginləşib.
Üstəlik, müəllif müxalif düşərgədən əldə etdiyi məlumata əsaslanaraq
yazıb ki, Koçaryanla “Hayastan” fraksiyasının deputatları arasında mayın 4-də keçirilən görüşdə hərbi cani daşnaklardan narazılığını belə gizlətməyib.
"Etibarlı mənbələrimizdən öyrəndik ki, Robert Koçaryanla İşxan Saqatelyan arasında hətta bu barədə ciddi, gərgin söhbət də olub. İşxan Saqatelyandan məlum qalmaqalla bağlı şərh istədik. O dedi ki, “Bizim həmişə ciddi söhbətlərimiz olur, qalan yayılan xəbərlər isə doğru deyil. Bu, ikinci prezidentlə qurulmuş normal, işgüzar münasibətdir”, - "Joğovurd" yazıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağ klanı bir qədər aktivləşsə də sonradan Koçaryan-Sarkisyan cütlüyü mitiqn və ümumilikdə siyasi proseslərə az qarışdılar. Hətta yanvar ayında Robert Koçaryanın böyük siyasətdən getdiyi bildirilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam