Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranın 6 siyasi məhbusu:“Edam hədə-qorxusu xalqın mübarizəsini dayandıra bilməyəcək”

İran hakimiyyəti edamlardan repressiya və ölkənin siyasi, iqtisadi və sosial problemlərini və böhranlarını ört-basdır etmək vasitəsi kimi istifadə edir. Lakin bu siyasət teokratik rejimin istibdadına qarşı mübarizə aparanların əzmini qıra bilməyəcək.
Yenixeber.org: İsfahanda son edamların ardınca altı məhbus - Mustafa Taczadə, Səid Mədəni, Əmir Salar Davudi, Hüseyn Rəzzaq, Rza Şəhabi və Keyvan Mehtədinin belə bir bəyanatla çıxış edib.
“Hökumət rəsmilərinin hesablamalarına rəğmən, edam nəticəsində yaranan hədə-qorxu mübarizəyə mane olmayacaq. Edam elə bir sözdür ki, hüquqi yükdən başqa özlüyündə mənfi və iyrənc yük də daşıyır. Yalnız insani mahiyyəti olmayanlar hər dəfə edam xəbərini eşidəndə ikrah hissi keçirmirlər. İran bu günlərdə edamın daha çox ölkənin siyasi, iqtisadi və sosial problemlərini, böhranlarını ört-basdır edə biləcəyini düşünür və bu səbəbdən də, xüsusilə etiraz edən vətəndaşlara qarşı tələsik edamlara başlayıb. İctimai rəy heç vaxt ədalət mühakiməsinin həyata keçirilməsinə uyğun olaraq insanların ölüm hökmünün çıxarılmasını və icrasını düşünməyib. Hökumətin yanlış hesablamalarına rəğmən, edam nəticəsində yaranan terror xalqın öz müqəddəratını idarə etmək cəhdinə və mübarizəsinə mane olmayacaq. İstənilən zorakılığın, xüsusilə edamın davam etdirilməsi və gücləndirilməsi cəmiyyəti daha çox zorakılığa aparacaq və bu işdə əsas qurban İran xalqının insan təhlükəsizliyi olacaq”, - bəyanatda vurğulanır.
Hər an ölüm hökmü ilə üzləşə biləcək məhbusların bu bəyantı əslində xalqın öz təməl azadlıqlarının təminatı yönündə mübarizəni bir an belə dayandırmayacağı barədə İranın teokratik rejiminə çox sərt xəbərdarlıqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam