Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya və İran Ermənistanı qorumağa çalışırlar…” -ŞƏRH

Yenixeber.org: Aprelin 5-də İran parlamentinin 210 deputatı Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul edib. IRNA agentliyinin yaydığı bəyanatda deyilir ki, onlar İran Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik addımlar atmağa çağırıblar.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti “sionist rejimin mərkəzində səfirlik açmaq və öz səfirini saxta rejimə təqdim etməklə, İslam dünyasının maraqlarına zidd hərəkət edir”.

Həmçinin bildirilir ki, Azərbaycan rəhbərlərinin bu addımı “bir çox mənfi siyasi nəticələrə səbəb olacaq, dünya müsəlmanları onları fələstinliləri qətlə yetirən və onlara zülm edən sionist rejimin şəriki hesab edəcək”.

İran parlamenti ərəb və islam ölkələrinin hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, Azərbaycanın bu addımını pisləməyə çağırıb.

İran Xarici İşlər Nazirliyindən bütün müsəlman ölkələrinə müvafiq müraciət göndərilməsi istənilib.

Maraqlıdır, İran parlamenti bununla nəyə nail olmağa çalışır? Məsələn, qonşu Ermənistan İsraildə çoxdan səfirlik açıb. Amma Tehran nəinki bunu pisləmir, əksinə, istənilən əlverişli məqamda İrəvana dəstəyini bəyan edir. İranlı deputatlara bu ziddiyyət hansı səbəbdən normal görünür? Axı onlar XİN-i “bununla bağlı diplomatik tədbirlər görməyə” çağırıblar. Bu nə deməkdir? Diplomatik münasibətlərin pozulmasına çağırırlar? İran Azərbaycanla münasibətlərdə gərginliyi bu cür artırmaqla hansı məqsədi güdür?

İran Azərbaycanla diplomatik əlaqələri kəsəcəkmi? 

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bunu real saymadığını bildirib.

“Mən belə düşünmürəm. Bu gün Azərbaycan İrana müttəfiqi Rusiya ilə ünsiyyət üçün lazımdır. Aydındır ki, Xəzər dənizi və Ənzəli limanı var. Amma burada nəqliyyat infrastrukturunun və limanın özünün hələ kifayət qədər inkişaf etmədiyi nəzərə alınmalıdır.

Düşünürəm ki, bu, eskalasiya yolu ilə deeskalasiyaya nail olmaq cəhdidir. Bundan əlavə, İran Azərbaycanın İsraillə əlaqələrindən həqiqətən də narahatdır.

Fikrimcə, İran və Rusiya mütləq birgə oynamağa çalışacaqlar və bu oyunda İran pis polis, Rusiya isə yaxşı polis rolunu oynayacaq. İran və Rusiya artıq ümumi ekosistem yaradıblar, indi əsas vəzifə Azərbaycanı ora cəlb etmək və eyni zamanda Ermənistanı qoruyaraq, Qərbin regionda güclənməsinin qarşısını almaqdır”, – gürcü analitik qeyd edib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam