Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Erməni əsir ölkəsinə qaytarıla bilər

 

 

   Onun üçüncü dövlətə təhvil veriləcəyi də istisna edilmir, ekspert isə qoca erməninin casus olduğuna inanmır, Müdafiə Nazirliyindən Xocayanın döyülməsi iddiasına reaksiya gəldi...

      "xeberinfo.com": Tovuzun Əlibəyli kəndində əsir götürülən erməni Mamiko Xocayanın ailəsi haqda xəbər yayılıb. Ermənistan mətbuatı yazıb ki, kənd ağsaqqalı Kamo Çobanyan Xocayanın psixi xəstə olduğunu deyib.
    Buna səbəb kimi onun arvadını, oğlunu və nəvəsini itirməsini göstərib.
    Çobanyanın sözlərinə görə, 77 yaşlı M.Xocayanın həyat yoldaşı 55 yaşında, oğlu 35 yaşında dünyasını dəyişib. İki nəvəsi isə Rusiyada qəzada həlak olublar, bir nəvəsi isə xəstəlikdən ölüb. Çobanyan bildirib ki, bir dəfə Mamikonun digər oğlu onu özü ilə aparmaq istəsə də o, evdən qaçıb. Bir neçə gün sonra onu Moskvada tapıblar. Çobanyan Mamikonun əlinin sındırılması ilə bağlı xəbərlərin yanlış olduğunu deyib: “Yəqin ki, azərbaycanlılar bunu ona görə deyiblər ki, göstərsinlər necə "mehriban" və “humanist” insanlardır". Kənd başçısı əlavə edib ki, Mamiko son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib. Azərbaycan tərəfi isə onu erməni diversiya qrupunun üzvü elan edib.
     Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc  açıqlamasında qeyd edib ki, ilk dəfə erməni casus sərhədi keçib Azərbaycana tərəfə istiqamət almır. Onun sözlərinə görə, casus şəklində və başqa niyyətlə sərhədi keçənlər ələ keçirilib: “Hətta könüllü qaydada erməni əsgərləri də sərhədi keçib gəliblər. Beynəlxalq hüquq normalarına görə, Tovuzda tutulan erməni əsir qarşı tərəfə təhvil verilməlidir. Əminəm ki, onun saxlanmasına Azərbaycanın informasiya marağı yoxdur. Azərbaycanın kəşfiyyat strukturları geniş kommunikasiyaya malikdir. Odur ki, erməni əsir ölkəsinə qaytarılmalıdır”.
    Z.Oruc başqa bir versiyanı da istisna etmir: “Əgər erməni ölkəsinə qayıtmaqdan imtina etsə, adətən belə əsirlər üçüncü ölkəyə təhvil verilir. Və yaxud erməni tərəfdə olan azərbaycanlı girovla əvəzlənə bilər”. Deputat Xocayanın diversiya qrupunun üzvü olmadığı haqda səslənən fikirlərə də münasibət bildirdi: Onun anlaqsız vəziyyəti insanları çaşdırmamalıdır. Bir çox hallarda ömrünü başa vurmuş belə adamlar insanlara qarşı zərər vurmaq, terrorda istifadə etmək üçün seçilirlər. Gələcəyinin qabaqda olduğunu bilən hansı şüurlu adam buna gedər? Məncə, media orqanlarında bu məsələyə həddən artıq humanizm var".
    Siyasi şərhçi Azər Rəşidoğlu isə informasiya müharibəsində Azərbaycan tərəfinin primitiv üsuldan istifadə etdiyini düşünür. Onun fikrincə, qoca, xəstə, qolunda yarası olan bir kəndlini ictimai rəydə müharibə elementinə çevirənlər işindən uzaqlaşdırılmalıdır.
A.Rəşidoğlu deyir ki, ermənini kəndlilər tutub: “Yaşlı erməni gah deyir ki, araq çəkir, gah da diversiya qrupunun üzvüdür. İlk baxışdan onun rabitəsiz danışdığı və anlaqlı olmadığı üzə çıxır. Xəstə adamı həbs edib, belə primitiv yolla informasiya müharibəsi aparılması Azərbaycanın beynəlxalq aləmdə humanist imicini darmadağın edir. Əgər sübut olunsa ki, qoca erməniyə işgəncə verilib, Azərbaycana informasiya müharibəsində növbəti zərbə olacaq”.
Hərbçi ekspert Üzeyir Cəfərov da qoca erməninin diversant olmasına qətiyyən inanmır: “Mən belə ac-yalavac, yaralı vəziyyətdə olan qocanın diversant olmasını qəbul etmirəm. Əminəm ki, Qırmızı Xaç Komitəsi vasitəsi ilə Ermənistana qaytarılacaq”.
Bu arada Müdafiə Nazirliyi isə erməni əsirin döyülməsi iddialarını rədd edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı  açıqlamasında bildirib ki, saxlanılan erməni diversant güllə yarası alıb: “Erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə saxlanılıb. Bu haqda nazirliyin rəsmi məlumatı da var”.
 
  
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam