Buna görə də müxtəlif vaxtlarda yaşayış evləri və evlərin sakinləri bundan daha çox ziyan çəkir. Məhz Ermənistan ordusu bir neçə gündür ki, Əlibəyli kəndini daha çox iriçaplı silahlardan atəşə tutur. Nəticəsində evlərə ciddi ziyan dəyib. Bu gün səhər saatlarından etibarən Əlibəyli kəndində ara-sıra atəş səsləri eşidilib. Buna baxmayaraq, kənddə nisbi sakitlikdir”.
“Əlibəyli kəndində aparılan tikintiyə gəlincə, sakinləri qarşı tərəfin güllə atəşindən qorunmaq üçün mühafizə səddi çəkilir. Artıq təmas xəttinə yaxın bir neçə yerdə bu mühafizə səddi var. Hazırda Əlibəyli kəndində mühafizə səddinin inşasına bir neçə gündür ki, başalanılıb”.