Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“BU, GENERALLARIN PUTİNDƏN QİSAS ALMASIDIR...” –“Priqojini və “vaqnerçiləri” “siçan tələsinə” salıblar”

Yenixeber.org: Hazırda bu qarşıdurma az qala ölüm-dirim savaşı səviyyəsinə qalxıb və Baxmut ətrafında baş verənlər bunun əyani sübutudur. Belə ki, Priqojin ordu rəhbərliyini “Vaqner”-ə bilərəkdən silah-sursat, mərmi verməməkdə ittiham edir və hətta “Vaqner”i cəbhədən çəkəcəyilə hədələyir.

Ordu rəhbərliyi isə Priqojinin haray-həşirinə reaksiya vermir. Hələ bu da azmış kimi, “Vaqner”-in həbsxanalardan məhbus toplamasına qadağa qoyulub. Priqojin isə son günlər onun telefonlarının ordu və ölkə rəhbərliyinə çıxışının belə bloklandığını bəyan edib. Yəni, “Vaqner” rəhbəri sözün əsl mənasında hər tərəfdən “vurulur” və hələlik Putinin onu müdafiə etməsini göstərən heç bir əlamət yoxdur.

Sabiq müxalif deputat və FTX polkovniki Gennadi Qudkov hazırda “Vaqner”-in Baxmut ətrafında düşdüyü acınacaqlı durum və çoxsaylı itkiləri barədə maraqlı fikirlər səsləndirib. 

Rusiyalı tanınmış hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqinin kanalında danışan Qudkov özünün hakimiyyətdəki mənbələrinə istinad edərək deyib ki, Rusiya generalları Priqojini bilərəkdən Baxmutda tələyə salıblar: “Məlum olduğu kimi, Ukrayna tərəfi Baxmutu təhvil verəcəyini bildirməyə başlayanda, körpüləri partladanda və s. dərhal Priqojin oraya ilk olaraq soxulmaq qərarı verdi. Mənə dedilər ki, çoxbilmiş rusiyalı generallar isə kənara çəkilərək, ona mane olmadılar və “buyur” dedilər. O da Baxmuta soxuldu. Ancaq ona dəstək vermədilər. Ukraynalılar isə dedilər ki, əgər Priqojin oraya girirsə, onda biz də qayıdırıq Baxmuta. Və qayıtdılar. Nəticədə indi Priqojin Baxmutda məngənəyə, hətta mühasirəyə düşüb. Bir tərəfdən onu darmadağın etmək istəyən düşmən Ukrayna Ordusu, digər yandan isə ukraynalıların Priqojini darmadağın etməsini istəyən Rusiya generalları. Bu, generalların Priqojindən qisas almasıdır. Özü də təkcə Priqojindən yox, həm də Putindən. Çünki o, zaman-zaman Priqojinin ordunu və generalları təhqir və təhdid etməsinə imkan verib, şərait yaradıb. Bu, faktdır. Ona görə də “vaqnerçilərin” Baxmutdakı perspektivləri olduqca kədərlidir.



Görünür, orada onların sonuna çıxacaqlar və generallar sükutla bunu görməzlikdən gələcəklər. Deyəcəklər ki, müharibədə hər şey olur... Bir sözlə, generallar Priqojindən qisas alırlar. Onlar bilərəkdən Priqojini Baxmuta çəkdilər və “siçan tələsinə” saldılar. Bu, Ukrayna üçün yaxşı xəbərdir. Elə generallar üçün də. Putin üçünsə çox bərbad xəbərdir. Çünki hamı görür ki, Putin artıq ona ən yaxın olan qulbeçələrini belə müdafiə etmək iqtidarında deyil... ”.

Onu da qeyd edək ki, ötən gün Priqojin həyəcan təbili çalaraq, “Baxmutda vəziyyətin çox ağır olduğunu” bəyan edib. O, deyib ki, Ukrayna Ordusu şəhərə yeni-yeni qüvvələr atır, “Vaqner”-insə ciddi silah-sursat və mərmi çatışmazlığı problemi var. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam