Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Etirazçıların öz gürcü arzusu var” -ŞƏRH

Yenixeber.org: Qonşu Gürcüstan bu həftə dünyaya demokratik cəmiyyətin necə olduğunun bariz nümunəsini nümayiş etdirdi.

Yenixeber.org: Minlərlə insan Gürcüstanda avtoritar dəyişikliyi nəzərdə tutan qanun layihəsinə etiraz etdi. İnsanlar etirazlarını bildirmək üçün paytaxt Tbilisidə parlament qarşısında toplaşmışdılar.

İki gün davam edən kütləvi etirazlar, nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalardan sonra hakim “Gürcü Arzusu” partiyası və parlament çoxluğunu təşkil edən digər partiyalar geri çəkildilər, mübahisələr səbəb olan “xarici agentlər” haqqında qanun layihəsini geri çağırdıqlarını açıqladılar.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə mübahisələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini səhv yola yönəltməyə müyəssər ola bildi”, – parlament partiyalarının birgə bəyanatda deyilir. Millət vəkilləri iddia edirlər ki, sənədə yalandan “Rusiya qanunu” damğası vurulub və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinə “Avropa kursundan uzaqlaşma” kimi təqdim edilib.

Eyni zamanda, bəyanatda iddia edilir ki, sağçı radikal qüvvələr gənclərin bir hissəsini “qanunsuz fəaliyyətə” cəlb edirlər.

Bu arada müxalifət qüvvələrinin nümayəndələri geri çəkilmək niyyətində deyillər və yeni etiraz aksiyaları keçirəcəklərini açıqlayıblar. Sosial Ədalət Mərkəzinin keçmiş icraçı direktoru Lina Qvinianidze bununla bağlı deyib: “Rəsmi olaraq, “qanun layihəsinin geri götürülməsi” kimi prosedur yoxdur. Bu o deməkdir ki, qanun layihəsi ikinci oxunuşa çıxarılmalı və geri qaytarılmalıdır. Biz parlamentin qarşısında dayanaraq, qanunu qəbul edən 76 deputatın ikinci oxunuşda gözümüzün qarşısında qanunun əleyhinə səs verməsini gözləyəcəyik”.

“Xarici təsir” haqqında mübahisəli qanun layihəsini Gürcüstan parlamentinə Rusiyanın Ukraynaya təcavüzü başlayandan az sonra ölkədə peyda olan “Xalqın Gücü” ictimai hərəkatı təqdim edib. Hərəkat əsas məqsədlərindən biri kimi “liberal ideologiyanın təbliğatını” və “Qərbin Gürcüstanı müharibəyə sürükləmək istəyinə qarşı mübarizəni” göstərib. Sənədin müəllifləri maliyyələrinin ən azı 20 faizini xarici dövlətdən alan (reklam müqavilələri nəzərə alınmadan) qeyri-hökumət təşkilatlarına və KİV-lərə “xarici agent” statusunun verilməsini təklif edirlər.

“Xalqın Gücü” hərəkatının digər mübahisəli təşəbbüsü “xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsidir. Bu qanuna görə, həm hüquqi, həm də fiziki şəxslər “xarici agent” kimi tanına bilərlər. Hər iki qanun layihəsini “Xalqın Gücü” ilə birlikdə Gürcüstan parlamentində yerlərin mütləq əksəriyyətinə sahib olan hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstanın müxalifət siyasətçiləri və ictimai təşkilatlarının nümayəndələri qanun layihələrini kəskin tənqid ediblər. Onlar bu yeniliklərin “xarici agentlər” haqqında Rusiya qanunlarının surəti olduğunu bildirərək, hakimiyyətə müxalif olan QHT-lərin və medianın işini məhdudlaşdırmaq və ayrı-seçkilik yaratmaq məqsədi daşıdığını hesab edirlər. ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili martın 7-də etirazçılara təcili müraciətində onların tələbini dəstəklədiyini və qanun layihəsinə veto qoyacağını bildirib. Avropa İttifaqından bildirib ki, “xarici təsir” haqqında qanun layihəsi Aİ-nin dəyər və standartları ilə bir araya sığmır və Tbilisinin Avropa İttifaqına daxil olmaq məqsədi ilə ziddiyyət təşkil edir.

Beləliklə, çoxlarının Kremlə rəğbətdə (və ya Kremldən qorxuda) ittiham etdiyi Gürcüstan hakimiyyəti xalqın və Qərb ölkələrinin vahid etirazına tab gətirə bilmədi. Mümkündür ki, Gürcüstanda hakimiyyətə münasibətdə  yeni vəziyyət yaranır.

Baş verənləri tanınmış gürcü ekspertlər şərh ediblər.

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani qeyd edir ki, son günlər baş verən genişmiqyaslı ictimai etiraz ilk nəticəsini verdi: hakim partiya sözdə də olsa sözügedən qanunu ləğv etdi.

“Aydındır ki, qanunun ləğvinin öz prosedurları var. Belə bir qanun layihəsinin bu cür təcili şəkildə irəli sürülməsi və qəbul edilməsi cəmiyyətdə çoxlu suallar doğurdu və onlara kifayət qədər izahat verilmədi.

Birincisi, onun əsl məqsədi bəlli deyildi. Biz çox yaxşı bilirik ki, analoji qanun Rusiyada necə işləyir, ölkəni və onun kövrək demokratiyasını hansı vəziyyətə gətirib çıxarıb.

Cəmiyyətin əhəmiyyətli hissəsi bu qanunun qəbulu cəhdini avtoritarizmə doğru atılan addım kimi qəbul etdi. Gürcüstan cəmiyyəti isə heç zaman buna yol verməyəcək. Digər tərəfdən, bizim Qərb tərəfdaşlarımızın reaksiyası xüsusilə diqqətəlayiqdir: onlar bu qanunun qəbulunun ölkənin Avropaya inteqrasiyasını xeyli çətinləşdirəcəyini Gürcüstan hakimiyyətinə açıq şəkildə izah etdilər və onun dərhal geri götürülməsinə çağırdılar.

Mən sui-qəsd nəzəriyyələrinə varmaq istəmirəm. Amma fakt odur ki, həm siyasi spektrdə, həm də cəmiyyətdə belə bir fikir formalaşıb ki, hökumət qəsdən ölkənin Avropaya inteqrasiya kursuna xələl gətirən addımlar atır. Ümid edirəm ki, ölkənin seçdiyi yolda tərəddüd aradan qaldırılacaq və sonda Gürcüstan müttəfiqlərimiz Ukrayna və Moldova ilə bir yerdə bizi Avropaya inteqrasiyaya aparacaq kursa qayıdacaq”, – Xevtsuriani yekunlaşdırıb.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze hesab edir ki, əslində hər şey daha sadədir.

“İndiki hakimiyyət bu qanunla insanlara göstərmək istədi ki, Rusiyada olduğu kimi istədiyini edə bilər.

İnsanlar, xüsusən də gənclər bununla razılaşmadılar. Hakimiyyət birinci gecə parlamentin arxa hissəsində vəziyyəti gərginləşdirən 10-15 xuliqanı saxlamaq əvəzinə, minlərlə insanın dinc aksiyasını dağıtdı. Faktiki olaraq etirazların ikinci gecəsi isə aksiyanı dağıda bilmədi. Etirazçılar həbslərə, qaz və su şırnaqlarına baxmayaraq, təkrar-təkrar toplaşırdılar. Və məlum oldu ki, ertəsi gün yenə yığışacaqlar, sakitləşməyəcəklər, geri çəkilməyəcəklər. Çünki onların öz gürcü arzusu, azad vətəndaşların azad ölkəsi arzusu var. Onlar orta yaşı 18-25 olan, Sovet İttifaqında doğulmamış etirazçılardır. Və hakimiyyət geri çəkilməyə məcbur oldu. Onların başqa seçimləri yox idi”, – deyə Vasadze bildirib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam