Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Nikol 5 min əsgər öldürüb, mart faciəsindən danışır" -Zakaryan

"Nikol 5 min əsgər öldürüb, mart faciəsindən danışır" -    Zakaryan
Ermənistan Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan 1 mart hadisələri haqqında maraqlı fikirlər səsləndirib.
Yenixeber.org: O, baş nazir Nikol Paşinyanın faciəyə görə "köhnələr"i yerli-yersiz qınamasını tənqid edib.
- 1 mart hadisələri Ermənistanda ən çox istifadə olunan mövzudur. 44 günlük müharibə zamanı 5 mindən çox erməni həlak oldu. Bundan başqa, sentyabr müharibəsi zamanı 250 nəfəri öldürən, bir müddət öncə 15 əsgərimizi Azad kəndində kül edən Nikol hökuməti bu gün 2008-ci ildə baş verən faciəni qaldırır. Hadisələr göstərdi ki, hakimiyyətə gələn populistlər üçün etnik ermənilərin həyatı bahasına öz planlarını reallaşdırmaq sanki həyat tərzinə çevrilib. Lazım olan yerdə baraban çalır, lazım olmayan yerdə isə əksinə, unudurlar.
Nikol bu gün 1 mart işinin üstününü açıldığını elan etdi. Lakin qətllərə görə məsuliyyət daşıyanların hələ də müəyyən edilmədiyini bildirdi. Öllkənin ikinci prezidentinə qarşı uydurma iş və məhkəmə qərarı sübut etdi ki, onun 2008-ci ildəki 1 mart hadisələrinin təşkilinə heç bir aidiyyəti olmayıb. Prezident öz fəaliyyətində yalnız qanun çərçivəsində rəhbərlik edib.
Amma sual yaranır, əgər 2008-ci ildə iğtişaşlar və toqquşmalara səbəb olan bəzi müxalifətçilərin tribunalardan çağırışları olmasaydı, 1 martı təşkil etmək mümkün idimi? Bu kimə sərf etdi? - eks nazir müavini gileylənib
O iddia edib ki, mart hadisələrinin təşkilatçıları Ermənistanın daxili siyasi sabitliyini pozmaq və Robert Köçəryandan sonra prezident seçilən Serj Sarkisyanın Qarabağ məsələsində danışıqlar mövqelərini zəiflətmək üçün hər şeyi etməyə çalışıblar. Guya ikinci və üçüncü prezidentlər ölkədə iğtişaşlara səbəb olan daxili siyasi təxribatın qarşısını almaqla Ermənistanın güclü danışıqlar mövqeyini qoruyub saxlaya biliblər: "2018-ci ildə eyni məzmunlu müxalifət, indiki iqtidar mart hadisələrini təkrarlamaq istəyirdi. Serj Sarkisyan kameralar qarşısında “1 martı unutmusunuz” dedikdə, çoxları bunu hədə kimi qəbul etdi. Bununla belə, 2018-ci ilin aprel-may aylarında Nikol baş nazir seçilməsəydi, “Mənim addımım” hərəkatı xalqı sivil toqquşmalara və üsyanlara aparmağa hazır idi. Paşinyan aşkar deyirdi ki, “ya mən baş nazir olacam, ya da bu ölkədə baş nazir olmayacaq".
Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda qanlı iğtişaşlar baş verib. Nəticədə 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, daha 100 nəfər isə həbs edilmişdi. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup uzun illər hadisələrdə əli olanları üzə çıxara bilmədi.
Erməni cəmiyyəti həmin gün yaşananlarda Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu deyir. Ozamankı cinayətkar rejimin məhkəmə qarşısına çıxarılaraq laiqli cəza alması isə təmin olunmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam