Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“SİLAHLAR GƏLİR, AMMA...” -Budanov müharibədə dönüş yaratmağın yolunu açıqladı

Yenixeber.org: Bunu Ukrayna hərbi kəşfiyyatının başçısı general Kirill Budanov “Amerikanın səsi”nə açıqlamasında söyləyib.

Budanov deyib ki, Qərb Ukraynaya silah tədarükünün intensivliyini artırmaqla yanaşı, onların siyahısına əlavə silahlar, xüsusilə da hücum aviasiyasını daxil etməlidir: “”Silahlar gəlir, amma onların çatdırılması tempi və həcmi ciddi dönüş üçün yetərli deyil. Yəni, daha çox silah lazımdır. Məsələn, “F-16” və buna oxşar platformalar hücum aviasiyası sayılmır. ABŞ-da bunlar “А10” və “Thunderbolt II” kimi təyyarələrdir. Eləcə də ordu aviasiyasına ehtiyac var ki, bunlara da “AH64” zərbə helikopterləri və digər silahlar daxildir. Bütün bunlar yerüstü qüvvələrə zərbə endirmək üçün lazım olan platformalardır”.

Xatırladaq ki, general Budanov bundan öncə Ukraynanın 2023-cü ildə 1991-ci il sərhədlərinə çıxa biləcəyinə əmin olduğunu və hazırda bunun üçün şans yarandığını söyləyib.

Onu da qeyd edək ki, Rusiya rəsmən ötən il Krım körpüsünün partladılmasına görə K.Budanovun məsuliyyət daşıdığını bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam