Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"İrəvan Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşıb" -Oskanyan

Oskanyan:    "İrəvan Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşıb"
 Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Qarabağ məsələsi haqqında diqqət çəkən fikirlər səsləndirib.
Yenixeber.org: O, Ermənistan hakimiyyətinin faktiki olaraq Qarabağın Azərbaycanın tərkibində olması ilə barışdığını və razılıq verdiyini deyib.
Eks-diplomat indiki proseslərdə təhlükəli tendensiyalar gördüyünü qeyd edib. Vardanyan belə hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin hazırda cəmiyyətə təqdim olunan formada imzalanması Qarabağın müstəqilliyi ilə bağlı istənilən perspektivin üstündən xətt çəkəcək.
Oskanyan onu da vurğulayıb ki, hakimiyyət üçün Xankəndinin sənədlərlə-sübutlarla Azərbaycana verilməsini gizlətmək çox çətin olacaq. Məsələ burasındadır ki, Azərbaycan heç vaxt qeyri-müəyyən mətnli sənədi imzalamayacaq. Əksinə, Bakı Qarabağdan imtinanın kağız üzərində qeyd olunmasını tələb edəcək. Ola bilsin ki, Ermənistan hakimiyyəti Qarabağ itkisini Bakı ilə Xankəndi arasında başlanacaq dialoqla bağlı rəvayətlərlə ört-basdır etməyə çalışsın. Bu, İrəvanda belə təəssürat yaratmağa imkan verəcək ki, guya Qarabağ xalqının hələ də seçim və qərar vermək imkanı var. Əslində, isə Oskanyan bu ssenaridə Qarabağ ermənilərinin taleyinin Cavaxetiyadakılar (Gürcüstanın tərkibində ermənilər yaşayan rayon – red.) kimi olacağını düşünür. 10-15 ildən sonra isə Naxçıvan muxtariyyətinin oxşarı yaranacaq.
Oskanyan əlavə edib ki, əvvəlki Ermənistan rəhbərlərindən heç kim Qarabağın Azərbaycanın tərkib hissəsi olması perspektivini nəzərdən keçirməyib. Həm birinci, həm ikinci, həm də üçüncü prezidentlər son nəticədə bir məqsədi güdüblər - gec-tez Qarabağ Ermənistanın tərkibinə daxil olmalı idi.
Oskanyan əlavə edib ki, əvvəlki Ermənistan rəhbərlərindən heç kim Qarabağın Azərbaycanın tərkib hissəsi olması perspektivini nəzərdən keçirməyib. Həm birinci, həm ikinci, həm də üçüncü prezidentlər son nəticədə bir məqsədi güdürblər - gec-tez Qarabağ Ermənistanın tərkibinə daxil olmalı idi. Sabiq nazir sərsəmləməyi də unutmayıb. O iddia edib ki, hazırkı rəzil durumlarına baxmayaraq guya danışıqlar masası arxasında cəsarət göstərmək və təşəbbüsü ələ almaqla vəziyyəti xeyirlərinə düzəltmək olar.
Oskanyanın 90-cı illərdə qalan ağlı ilə verdiyi məsləhəti isə belədir ki, "İrəvan indi heç bir sənədə imza atmamalıdır. Danışıqların gündəliyini genişləndirməlidir. Azərbaycan özünün ərazi bütövlüyünün tanınması məsələsini qaldırarsa, ekstraterritorial dəhliz tələb edərsə, anklavlardan danışarsa, o zaman İrəvan cavab olaraq Hadrut və Şuşa məsələlərini, məhkumların qaytarılmasını qaldırmalıdır". Görünür Oskanyan Şuşa və Hadrutdan danışaraq yenidən iddialar səsləndirərkən 44 günlük müharibənin erməni xalqı üçün necə nəticələndiyini unudub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam