Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“ABŞ MÜHARİBƏYƏ SÜRÜKLƏNƏ BİLƏR...” –Bayden Ukraynaya uzaqmənzilli raketlər vermək istəmir

Yenixeber.org: Nəşrin əməkdaşları Ukrayna və ABŞ arasında silah tədarükü ilə bağlı danışıqların gedişi ilə tanış olan 4 nəfərlə danışıblar. Onların fikrincə, Vaşinqton hesab edir ki, ATACMS raketlərinin Kiyevə ötürülməsi Amerika hərbi ehtiyatlarının tükənməsinə gətirib çıxaracaq. Bu da nəticədə ABŞ-ın gələcəkdə mümkün münaqişələrə hazırlığını azaldacaq.

Nəşrin mənbələri qeyd edir ki, Kiyev Amerikanın maliyyə yardımından istifadə edərək, digər ölkələrdən ATACMS-in alınmasına razılıq verilməsini ABŞ-dan xahiş edə bilər. “Politico” Polşa, Cənubi Koreya, Rumıniya, Yunanıstan, Türkiyə, Qətər və Bəhreynin bu raketlərə malik olduğunu yazıb.


Ukrayna hakimiyyəti dəfələrlə ABŞ-dan HIMARS qurğularından buraxıla bilən ATACMS raketlərini tədarük etməyi xahiş edib. Vaşinqton Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirəcəyindən, nəticədə müharibənin nəzarətsiz şəkildə genişlənməsinə və ABŞ-ı münaqişəyə sürükləyəcəyindən ehtiyat edərək bu addımı atmaqdan imtina edib.

Ukrayna dəfələrlə bildirib ki, bu cür raketlərin tədarükü müqabilində onların Rusiyadakı hədəflərə qarşı istifadəsindən imtina etməyə hazırdır. Amma işğal olunmuş Krımdakı Rusiya hədəflərin onların sırasına daxil olub-olmadığını dəqiqləşdirməyiblər.

“The Financial Times” (FT) qəzeti isə öz mənbələrinə istinadla yazır ki, çərşənbə axşamı Brüsseldə NATO müdafiə nazirlərinin Ramştayn formatında Ukrayna ordusuna hərbi yardımına həsr olunmuş iclasında əsas diqqət ordunun döyüş sursatlarının və hava hücumundan müdafiə sistemlərinin təchizatına yönəldiləcək.

Bir gün əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq etiraf etmişdi ki, Ukrayna bloka daxil olan ölkələrin istehsal etdiyi sursatdan daha çox sursat istifadə edir. Rusiya isə hücum zamanı bu həcmlərdən dörd dəfə çox israf edir.

Stoltenberqin fikrincə, NATO ölkələri öz silah ehtiyatlarını artırmalıdır, bu təkcə Ukraynaya kömək etmək üçün deyil, həm də öz anbarlarını doldurmaq üçün vacibdir.

"Bu müharibə hər iki tərəfin böyük miqdarda artilleriya mərmilərindən istifadə etdiyi artilleriya duelinə çevrildi", - adının çəkilməsini istəməyən ABŞ rəsmisi FT-yə deyib. "Beynəlxalq ictimaiyyət Ukraynanı özünü müdafiə etmək üçün lazım olan artilleriya ilə təmin etməyə davam edəcək".

Xatırladaq ki, ATACMS uzaq mənzilli idarə olunan raketlərdir. Onlar 310 kilometrə qədər məsafədəki hədəfləri 1 metr dəqiqliklə vura bilirlər. Son 20 ildə “Lockheed Martin” şirkəti bu raketlərdən 4 minə yaxın istehsal edib. Onların bir hissəsi müttəfiqlərə satılıb, 600-ə yaxını isə İraq və Fars körfəzindəki müharibələr zamanı istifadə olunub. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam