Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Keçmiş dissident prezidentə müraciət etdi

 

Bir müddət öncə hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan və barəsində beynəlxalq axtarış verilən Elnur Məcidli Azərbaycana qayıdır. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə E.Məcidli özü məlumat yayıb. O bildirib ki, prezident İlham Əliyevə müraciətinə müsbət cavab verilib: “Sizinlə bir şad xəbəri artıq paylaşmaq qərarına gəldim. Bir müddətdir, Azərbaycana qayıtmaq öz vətənimə xidmət edə bilmək və həmçinin ölkə prezidenti ilə görüş üçün həm hörmətli Əli Həsənova, həm də cənab prezidentə müraciət ünvanlamışdım.

Keçən həftənin cümə günü Prezident Administrasiyasından edilən telefon zəngində müraciətimin qısa zamanda reallaşa biləcəyi deyilib.

Buna görə başda cənab prezident İlham Əliyev, prezidentin köməkçisi Əli Həsənov olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirəm! İnşallah, çox qısa zamanda vətəndəyəm!

Beş il aradan sonra doğma Azərbaycana qayıdacağım üçün həyəcanlıyam”.

Elnur Məcidli 2011-ci ildə sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biri olub. Onun barəsində Cinayət Məcəlləsinin 281.1(hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) cinayət işi açılıb, həmin ilin iyun ayında isə E.Məcidli barəsində açılmış işə xitam verilib. O, eyni zamanda ABU-nun sabiq rektoru Elşad Abdullayevin köməkçisi idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam