Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jurnalist prezidentə müraciət etdiyinə görə, AZTV-dən çıxarıldı

 

AzTV-nin Xəbərlər proqramının əməkdaşı Ağanisə Sultanova işdən azad edilib.

"Xeberinfo.com":  Məlumata görə, strateq.az bildirir ki, bu barədə jurnalistin özü məlumat verib. A. Sultanova bildirib ki, bir neçə gün əvvəl prezident İlham Əliyevə yazdığı müraciət şirkətin sədri Arif Alışanovu qəzəbləndirib və o işdən çıxarılıb.

 “Sədr Arif Alışanov prezidentə müraciətimin "cavabı" olaraq məni qanunsuz olaraq işdən çıxarib.  Səbəb isə Cənab Prezident məni evlə təmin edəndən sonra 2 ildir şüurlu şəkildə Arif Alışanov tərəfindən AzTV-də qarşılaşdığım haqsızlıqlar, ədalətsizliklər, əmək haqqımın kəsilməsidir. Belə çıxır ki, məni işdən çıxarmaqla  Arif Alışanov özünü möhtərəm prezident İlham Əliyevdən "güclü" və "toxunulmaz" hesab edir. Cənab Prezident dəfələrlə bəyan edib ki, ona müraciət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dəyərli həmkarlarım, hamınızdan ədalətsizliklə, haqsızlıqla üz-üzə qaldığım vaxtda dəstək olmağınızı xahiş edirəm!”,-deyə Ağanisə Sultanova yazıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam