Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Tehran terroruna Bakıdan şillə kimi cavab -İran viran olmaqda; casus şəbəkəsi çökdürülür...

 

Paytaxt və bölgələrdə din pərdəsi altında təxribat əməllərini həyata keçirən 39 nəfər saxlanılıb, səfirliyimizə terror edən isə Bəsic komandanı imiş, SEPAH könüllüsü kimi İran-İraq müharibəsinə qatılıb: molla rejiminin etdiyi qələt cavabsız qalmır... - Sülhəddin Əkbərdən maraqlı açıqlamalar

Yenixeber.org: Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” televiziya kanalı da var. Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatı nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər - A.T. Kərimov, E.A.Rəhimov, İ.Ə. Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S.Əbdülov və A. Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar. Neftçala rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar. Məlum terror baş verəndən dərhal sonra Azərbaycan İranın növbəti təxribatlarını istisna etmirdi, bunun fərqində idi. Artıq Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İrana getməmək barədə çağırış da edib.

 ***

Xatırlatma verək ki, Tehranda Azərbaycan səfirliyində törədilən terrordan artıq 5 gün keçir. Bu müddətdə İranın hüquq-mühafizə orqanları, rəsmi qurumları hər hansı bir açıqlama, ilkin versiya açıqlamayıb. Həmçinin İran dövləti səfirliyə hücum və ölüm faktına görə Azərbaycandan üzr də istəməyib. İlk andan bəlli idi ki, bu terrorun arxasında SEPAH dayanır. Rəsmi Tehranın hadisədən dərhal sonrakı və indiyə qədərki davranışları, məişət söhbətlərini ortaya ataraq iz azdırmaq cəhdləri də bu barədə şübhələri daha da gücləndirirdi. Musavat.com saytının araşdırmalarından sonra ortaya çıxan faktlar isə bütün şübhələri aradan qaldırır, terrorçunun bir SEPAH əməkdaşı olduğunu faktlarla ortaya qoyur.

***

Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi

Bəs kimdir terroru törədən Yasin Hüseynzadə? 1969-cu ildə Mərəndin Yekan Əliai kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında iştirak edib. Müharibədən sonra illərlə Təbrizdə İnqilab Keşikçiləri Korpusunda yük maşını sürücüsü işləyıb, SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb və o vaxtdan ticarətlə məşğul olub. İranın indiki rejiminə müxalif olan “Gooya News” saytının məlumatına görə, o, 7 il Mərənddəki Yaldur məscidinin Bəsic komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqə saxlayır: “Hətta onun Təbrizdə Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə yaxın vaxtlarda baş verən etiraz aksiyalarının yatırılmasında iştirak etdiyi barədə məlumatlar var”. Bu məlumatlar əslində İran rejiminin ifşası və Azərbaycan səfirliyinə edilən hücumda xüsusi xidmət orqanlarının birbaşa iştirakını sübut edən faktlardır. Bir sözlə, terroru özü təşkil etmiş Tehranın istintaqından da hər hansı bir obyektivlik, ədalətlilik gözləmək sadəlövhlük olardı.

 ***

DTX: İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı cinayət işi  üzrə araşdırmalar davam edir

Elə bu məqamda yada salaq ki, DTX-nın İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmaları davam edir. Bu barədə DTX yanvarın 31-də açıqlama yayıb. Məlumatda deyilir ki, İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır: “Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur. İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur”.

Beləliklə, İran Azərbaycana qarşı etdiyi çox böyük səhvə, qələtə görə cavabsız qalmır və qalmayacaq. Nəzərə çatdıraq ki, İranın Azərbaycanda casus şəbəkəsi daim nəzarətdə saxlanılıb və təhlükə yaratmağa cəhd edənlər zaman-zaman neytrallaşdırılıb, həbs və ya məhv edilib. Azərbaycan daim qonşuluq siyasətində səmimi olmağa çağırışlar edib və İrana münasibətdə maksimum anlayışlı, dostcanlı davranıb. Lakin qarşılığında İran ən radikal davranışlar göstərib, Azərbaycana təhdidlər yağdırıb, media vasitəsilə informasiya terroru həyata keçirdib. O da sirr deyil ki, Azərbaycan beynəlxalq arenada daim İranın vurulmaması üçün çalışıb. Hətta ərki çatan gücləri bundan daşındırmaq üçün də əlindən gələni edib. Diqqət edin, İranın Azərbaycan səfirliyinə qarşı terror törətməsindən sonra Tehranın üzərində dünyanın hər yerindən hücumlar başlayıb. Azərbaycan artıq bu işə qarışmır və İran faktiki olaraq tam təklənib. Tamamilə mümkündür ki, İranla bağlı yaxın günlərdə böyük bir proses başlayacaq və biz molla rejiminin süqutunun şahidi olacağıq. Bəs İran niyə belə etdi, niyə düşmən kimi davranmaqda davam edir və onun Azərbaycanla münasibətləri gərginləşdirməkdə çıxarları nədir?

***

Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını  Qarabağdan çıxarar'' - BBC News Azərbaycanca

Sülhəddin Əkbər 

Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər İran casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar çoxdan olmalı idi, hətta gecikib. Onun sözlərinə görə, İran SSRİ dağılar-dağılmaz, Azərbaycan müstəqilliyini elan edər-etməz geniş kəşfiyyat işləri həyata keçirib: “İran hələ 90-cı illərdən kəşfiyyat-informasiya, kəşfiyyat-əməliyyat və kəşfiyyat-təxibat istiqamətlərində fəaliyyətə başlayıb. Azərbaycanda İranın 90-cı illərdən formalaşan potensialı inkişaf etdirilib və hazırda inkişaf etmiş kəşfiyyat potensialına malikdir. Son terror isə bunun ən yüksək səviyyəsinə qalxdığını göstərir. Ona görə kəşfiyyat müharibəsinə adekvat cavab verilməlidir. Onlardan biri də Azərbaycanda İranın inkişaf etmiş casus potensialını sıradan çıxarmaqdır. Bu, məqsədyönlü, səmərəli və əks-kəşfiyyat tədbirləri olmalıdır. Odur ki, Azərbaycanın güclü əks-kəşfiyyat xidməti olmalı və İranda güclü mövqelərə sahib olmalıdır. Bundan sonra casus şəbəkəsinin tam kökünü kəsmək olar. Çünki onlar İranın buradakı kəşfiyyat xidmətinin istiqamətlərini bilməlidir. Yəni incə prosesdir, istər İsrail MOSSAD-ı olsun, istər Türkiyə MİT-i olsun, qarşılıqlı etimadın qurulmasını, geniş dərin informasiya mübadiləsini tələb edir. Kəşfiyyat-əməliyyat sahəsində yardım istənilə, əməkdaşlıq oluna bilər”.

S.Əkbər qeyd etdi ki, səfirliyimizə hücum İran dövləti tərəfindən sanksiyalaşdırılmış və əmri verilmiş terrordur: “Çünki bütün diplomatik nümayəndəliklər xüsusi xidmət orqanları tərəfindən qorunur. Azərbaycan səfirliyi də xüsusi xidmət orqanlarının nəzarətindədir. Burada xüsusi xidməti orqanları, agentura şəbəkəsi iştirak edirlər. Həmin şəxsin SEPAH və ya Bəsiclə əlaqəsinin olması təəccüblü görünməməlidir. Bu işi SEPAH həyata keçirib, birbaşa ali dini liderin nəzarətində olan məsələdir. Ehtimal edirəm ki, SEPAH-ın Qüds korpusu terroru reallaşdırıb. İran niyə etdi sualına gəlincə, Tehran rejimi eskalasiyaya gedir. Tehran görür ki, Azərbaycana qarşı təhdid siyasəti nəticə vermir, artıq konkret addımlar atmağa başlayır. Holokostu anma günü səfirliyimizə hücum edilir, ardınca İsraildə sinaqoq yaxınlığında terror edilir. O deməkdir ki, İsraildə səfirlik açmamalısan, açarsansa, bədəli belə olur. İsraildə səfirlik açmaq qərarına görə bizə edilən terroru rəsmi Bakıya təhdid mesajı kimi oxuya bilərsiniz”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İranın casus şəbəkəsinə qarşı əməliyyat “İnter az” telekanalı və “Salamnyus” agentliyində də aparılıb: bu media orqanlarının İran təbliğatı apardığı və maliyyənin də oradan gəldiyi sirr deyil: “Hər iki resursun xəbər siyasəti İrana bağlı olan digər resurslardan fərqlənir. Xəbər siyasətində açıq və radikal xətdən istifadə edilmir. İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir. Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür və s. Media resurslarının maliyyəsinin də Rusiyada fəaliyyət göstərən Qum təhsilli Mətləb Bağırov vasitəsilə təmin edildiyinə dair məlumatlar var”.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam