Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Müharibə Ukrayna iqtisadiyyatının 35%-ni məhv edib –BMT  məlumat verir

  

Rusiyanın işğalı səbəbindən Ukraynanın aylıq büdcə kəsiri 5 milyard dollar qiymətləndirilir.

“Yenixeber.org”  unian.net-ə istinadən məlumat verir ki, Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə nəticəsində Ukrayna iqtisadiyyatı 35%-dən çox aşağı düşüb.

BMT-nin hesabatına görə, Rusiyanın işğalı səbəbindən Ukraynanın aylıq büdcə kəsiri 5 milyard dollar həcmində qiymətləndirilir.

BMT iqtisadçılarının fikrincə, Avropa İttifaqı 2023-cü ildə Ukraynaya 18 milyard avro iqtisadi dəstək verməyi planlaşdırsa da, bu, kifayət etməyə bilər.

“2023 və 2024-cü illərdə Ukrayna iqtisadiyyatının perspektivləri çox qeyri-müəyyəndir və bir çox amillərdən, xüsusən də hərbi əməliyyatların dayandırılmasından və bərpa işlərinin başlanmasından asılı olacaq”, - deyə, iqtisadçılar  bildirir.

Məlumatda deyilir: "Ukrayna iqtisadiyyatı 2022-ci ildə infrastrukturun, xüsusən də qonşu ölkələrlə dəmir yolu və digər kommunikasiyaların, yol şəbəkələrinin və körpülərin kütləvi şəkildə məhv edilməsi səbəbindən 35%-dən çox zəifləyib. Miqrasiya və ya orduya çağırış səbəbindən sənaye və ticarət fəaliyyətləri pozulub, böyük əmək itkiləri baş verib”, -  deyə, məlumatda deyilir.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam