“NEANDERTAL YALANI” –Yaxud yalanın “buynuzu” olarmış!
Yenixeber.org: Məsələn, Rusiya KİV-nin bu günlərdə yaydığı mlumatlarda qeyd olunur ki, Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev «şappadanxeyir» bəyan edib ki, bəs, sən demə, Rusiya Ukrayna ilə müharibə aparmırmış - yəni ki, sadəcə, putinistlər Ukrayna xalqı ilə «zarafat» edilərrmiş («Arqumentı i faktı», 9 yanvar 2023 il). Məlumata görə, 21-ci əsrdə «krepostnoy Rusiya»nın Patruşev soyadlı məmuru fərqinə varmadan «neandertal yalanı» uydurub: «Biz, Ukrayna ilə döyüşmürük, çünki bizdə sadə ukraynalılara nifrət ola bilməz». Deməli, Patruşevin xilafi-məntiqinə görə, Rusiyada qeyri-sadə ukraynalılara qarşı nifrət var. Belədə, diqqət yetimək ehtiyacı yaranır: Ukraynada sadə insanların və qeyri-sadələrin sayı nə qədər olar? Bunu müəyyən etmək bu gün üçün demək olar, mümkünsüz bir işdir. Bu halda bəs, Rusiyanın nəhəng hərb maşını Ukraynada kiminlə döyüşür ki, bu müharibədə hər iki tərəfdən həlak olanların sayı 300 min nəfəri, yaralananların sayı isə təxminən, 500 min nəfəri adlayıb. Putin ordusu Ukraynanın altını-üstünə çevirir, 10 milyonlarla Ukrayna insanı qaçqın düşərək, baş götürüb dünyaya səpələnib. Bəs, bu insanlar hansı müharibədə, kimlər tərəfindən qətlə yetirilib… - onların günahı nə imiş?!
Başqa bir xəbərdə isə deyilir ki, xristian dünyasının baş keşişi, Roma Papası Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni «Allaha və insanlığa qarşı müharibə» adlandırıb. Belə çıxır ki, «krepostnoy Patruşev» ölkəsinin Ukraynadakı müharibəsinin «Allaha və insanlığa» qarşı müharibə olduğuna işarə edirmiş…
Bundan bir gün əvvəl isə Rusiyanın baş keşişi, Patriarx Kirill ölkəsinin işğalçı müharibəsini, bu müharibədə yüz minlərlə günahsız insanın həlak olmasını, şəhərlərin, kəndlərin yerlə-yeksan edilməsini lənətləmək əvəzinə, «Ukraynada kilsə parçalanmasının tezliklə sona çatacağından və bu parçalanmanın təşəbbüskarlarının cəzalandırılacağından» dəm vurub. Guya ki, müharibə-filan yox imiş, Kiyevdə oturanlar Pravoslav kilsəsini paçalayırmışlar, Putin də bunun qarşısını almaq üçün Ukraynaya ləşkər yeridib, ölkəni bombardmana məruz qoyur. Belədə, məntiqi sual yaranır: Papa Benedikt düz danışıb, yoxsa «patriarx Kirill»?
Hələ bu, harasıdır - Putinin dostu Ramzan Kadırov Rusiyanın Ukraynadakı işğalçı müharibəsini «cihad» adlandırıb. Buradan da belə nəticə çıxartmaq olar ki, «Putin Rusiyası Allaha qarşı cihad müharibəsi» aparırmış…
Müharibədən «yayınanlardan» biri də «cib prezidenti» adlandırılan, Rusiya Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdir. O, hətta oğlunun müharibəyə gedib-getməyəcəyi barədə jurnalistin sualından inciyib də. Məhz bu səbəbdəndir ki, siyasi dairələrdə əyyaş kimi dəyərləndirilən Dima yeri gəldi-ya gəlmədi, dünyanı nüvə müharibəsi ilə hədələyir…
Beləliklə, Ukrayna müharibəsi uzandıqca, Rusiya imperiyası zəifləyir, Putin Rusiyası gücdən düşdükcə, rus millətçiliyi kükrəyir, şovinist məmurların isə yalan-palan və xilafi-həqiqət ritorikası vüsət alır…Azpolitika