Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Gələcəkdə sülhməramlılara “yox” demək üçün indi zəmin yaradırıq” – "Volkovla görüş istəyində məqsəd nədir, anlamıram"

Tofiq Zülfüqarov: “Əminəm ki, indi Volkovla sıx dialoq var və ona deyilir ki, təhlükəsizlik funksiyası yerinə yetirilsin”

Yenixeber.org: Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş vəmiyyəti nümayəndələrinin keçirdiyi aksiya 12 gündür ki, davam edir. Aksiyaçılar Qarabağda erməni separatçılarının Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına, talana və ekologiyaya ziyan vurmasına etiraz edirlər. Bölgədə müvəqqəti yerləşən Rusiya sülhməramlılarından Azərbaycanın məsul qurumlarının qızıl və molibden yataqlarında monitorinq aparılmasına şərait yaradılmasını tələb edən aksiyaçılar ilk gündən hərbi kontingentin komandanı, general Anndrey Volkovun etirazlar keçirilən yerə gəlməsini istəyirlər. Sülhməramlılar tələbləri yerinə yetirmədiyi kimi, rus general da aksiya keçirilən əraziyə gəlməkdən imtina edir.

Proseslə yanaşı, Qarabağdakı separatçı qurumun “rəhbərliyi” dünyaya çağırış edir ki, azərbaycanlılar onları guya ki, blokadaya alıb, humanitar böhran yaradır. Bəzi beynəlxalq güclər buna inanır və Azərbaycana çağırış edirlər. Əslində isə laçın-Xankəndi yolu açıqdır, humanitar keçidə aksiyaçılar şərait yaradırlar. Bununla da məlum olur ki, separatçıların hay-küyü əsassızdır.

 

Hazırda Şuşada gedən proseslərlə bağlı fikirlərini bizimlə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, hazırkı vəziyyəti böhran, sensasiya, həyəcanlı vəziyyət adlandırmaq düzgün deyil:

- Azərbaycan ictimaiyyəti öz hüquqları çərçivəsində ekoloji vəziyyətin pisləşməsinə etirazını bildirir. Bu, beynəlxalq qanunlara, demokratiya qaydalarına uyğundur və vətəndaş mövqeyinin ortaya qoyulmasıdır.

Baxmaq lazımdır ki, baş verənlərə səbəb nə və kimdir. Hadisələrin belə cərəyan etməsində ekologiyaya zərər, təbii sərvətlərin talan edilməsi ilə yanaşı, siyasi faktor var. Bu, Moskvadan oraya göndərilən ünsür Ruben Vardanyandır. Bu adam yumşaq gücdən istifadə etməyə çalışırdı. Bizim ekoloqlar, daha doğrusu, ekologiya ilə bağlı vəzifəlilər monitorinq aparmaq istədilər. Bu, normal bir haldır. Hər bir dövlət ərazisində olan mədənlərdə, zavodlarda və s. monitorinq apara bilər. Lakin Xankəndidəki erməni separatçıları bir şou səhnəsi yaratdılar. 5-10 ermənini çıxardılar, monitorinqə mane oldular. Azərbaycan da cavab tədbirləri gördü, ictimaiyyətin Şuşa-Xankəndi yolundakı aksiya təşəbbüsünə “hə” dedi. Yəni mesaj verildi ki, Azərbaycana belə təzyiq etmək niyyətindədirlərsə, Azərbaycan da eyni üsulla cavab verəcək. Vəssalam.

- Bu, həm də daha tutarlı cavab sayıla bilərmi?

- Təbii ki, miqyası və müddəti baxımından tutarlı cavabdır. Bununla ermənilərə göstərildi ki, onlar indi daha zəif vəziyyətdədirlər. Mesaj aydındır: hansı formada təxribat törədəcəklərsə, o formada cavab alacaqlar, həm də bu, daha tutarlı cavab olacaq.

- Burada sülhməramlıların rolu nə qədərdir?

-Təbii ki, sülhməramlıların rolu da var. Əslində sülhməramlıların Qarabağa gəlişinin məntiqi o idi ki, onlar bizə reinteqrasiya prosesində kömək edəcəklər. Onların missiyası hərbi-texniki missiyadır, siyasi missiya deyil. Onlar hansısa siyasəti, vasitəçi funksiyaları həyata keçirə bilməzlər. Sülhməramləlar hansısa məqamda təhlükəsizliyi təmin edə bilərlər, kommunikasiyanın təhlükəsizliyinə baxa bilərlər. Amma Azərbaycanın qanuni dövlət qurumlarının əvəzinə qərar qəbul edə bilməzlər. Azərbaycan ictimaiyyətinin aksiyasının mahiyyətindən biri də sülhməramlılara mesajdır. Onlar öz missiyalarına uyğun fəaliyyət göstərməyə çağırılır.

- Artıq 11 gündür ki, aksiyalar davam edir. Sizcə, etirazlar nə qədər çəkəcək?

- Aksiyalar o zamana kimi davam etməlidir ki, hər kəs reallığı anlasın - Qarabağdakı separatçı ermənilər də, sülhməramlılar da. Təbii ki, Azərbaycanın zərbə vurmaq, separatçıları oradan qovmaq potensialı var. Amma beynəlxalq qurumların yanaşmasını görürük. Sanki gözləyirlər ki, nəsə baş versin, hay-küy salsınlar. Erməni separatçıları da süni şəkildə ajiotaj yaradırlar, guya Azərbaycan qazı kəsib, guya humanitar böhran içindədirlər, blokadadadırlar. Azərbaycandan sərt hərəkət gözləyirlər ki, bundan məqsədləri üçün istifadə etsinlər. Amma belə hal baş vermir, aqressiya yoxdur. Hesab edirəm ki, baş verənləri gərgin vəziyyət kimi qələmə vermək düzgün deyil. Bu, normal siyasi prosesdir və Azərbaycan bunu çox səviyyəli icra edir.

- Aksiyanın ilk günlərindən etirazçılar sülhməramlıların komandanı Andrey Volkovun gəlişini tələb edirlər. Amma Volkov aksiya keçirilən əraziyə gəlmir. Rus generalın oraya gəlməməsi, ümumiyyətlə, Rusiyanın reaksiyasızlığı nə ilə bağlıdır?

- Düzünü deyim ki, Volkovla görüş istəyində məqsəd nədir, anlamıram. Volkov gəldi, sonra?! Ona etiraz ediləcək ki, niyə ekoloqların monitorinqinə şərait yaratmırsınız? O da qayıdıb deyəcək: “Mədəndə etiraz edən ermənilərdir, onları da mənim vurmaq, qovmaq səlahiyyətim yoxdur. Əks halda, gərək mən sizi də vurum”. O deyir ki, təhlükəsizliyi təmin edir, toqquşmalar yoxdur və s. Ona görə də, Volkovun oraya çağırılmasında məna görmürəm. Biz sadəcə tələb etməliyik ki, bizim məmurlar Xankəndiyə gedəndə, yaxud mədəndə monitorinq aparan vaxtı  sülhməramlılar onların yanında olsun, təhlükəsizliklərini təmin etsinlər. Bizə lazımdır ki, Volkova bu vəzifə tapşırılsın.

- Sizcə, bu vəzifə tapşırılacaqmı?

- Bilirsiniz, məsələ belədir ki, hələlik sülhməramlıların iki il qalma müddəti var. Biz istəmirik ki, indi çıxarılmasını tələb edək, ittihama əsas qoyaq. İndi çıxmalarını tələb etsək, bilirik ki, ermənilərlə ruslar birləşib Azərbaycana qarşı təxribat yaradacaqlar. Bu, bəllidir. İndi biz iki ildən sonra müddətin uzadılmaması üçün zəmin yaradırıq. Gələcəkdə sülhməramlılara “yox” demək üçün indi zəmin yaradırıq.

Əminəm ki, indi Volkovla sıx dialoq var və ona deyilir ki, təhlükəsizlik funksiyası yerinə yetirilsin. Məsələn, o vaxt Azərbaycan məmuru Xankəndiyə gedəndə onun təhlükəsizliyini rus əsgəri qoruyurdu. Həmin məmura əsgərlər təhkim olunurdu, onlar da insident yaranmasına imkan verilmirdi. Mən bunun canlı şahidiyəm. Təxminən buna oxşar funksiya yaradılmalıdır. O vaxt rus əsgərləri sülhməramlı deyildi, SSRİ zamanının daxili qoşunları idi. Onlara deyilirdi ki, Azərbaycan məmuru sabah filan rayona gedəcək, filan idarədə olacaq və s. O zaman iki silahlı rus əsgəri həmin məmurla birlikdə hərəkət edirdi. Erməni də bilirdi ki, nəsə təxribat törədərsə, o zaman əsgər ona güllə atacaq. İndi bizə bu lazımdır. Sabah ermənilər səs-küy salmasınlar ki, onlara güllə atan Azərbaycan polisidir. Hesab edirəm ki, ümumi prosesin arxasında bu tələb dayanır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam