Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Çexiyada Rusiya səfirliyinin işıq və qazını kəsmək təklif edildi:“Qoy soyuqdan donsunlar”

 

Çexiyada Rusiya Federasiyasının Praqadakı səfirliyinin qaz, işıq və su təchizatının kəsilməsini tələb edən petisiya yaradılıb.

Yenixeber.org: Petisiya “Petice.com” saytında dərc olunub. “Twitter”dəki “Dárek pro Putina” layihəsi təklif edib ki, qoy Rusiyanın Praqadakı səfirliyi elə “öz qaynatdığı şorbadan dadsın”.

“Biz elektrik və su tədarükçülərindən Praqada Rusiya Federasiyasına aid olan bütün binaların təchizatını dayandırmalarını istəyirik. Qoy onlar da kiyevlilər kimi hava qaraldıqdan sonra soyuqdan donsunlar”, - deyə məlumatda qeyd edilir.

Petisiyanın mətnində deyilir ki, Rusiya ordusu artıq neçə həftədir ki, Ukraynanın şəhər və kəndlərini raket atəşinə tutur. Atışma nəticəsində təkcə yaşayış binaları, məktəblər, uşaq bağçaları, mağaza və fabriklər deyil, xəstəxanalar da işıqsız qalır.

“Görünür, Rusiya Ukraynanı qaranlıq və soyuqla sındırmaq qərarına gəlib. Yüksək mənəvi prinsiplər nöqteyi-nəzərindən çıxış edərək biz müvafiq dövlət və özəl enerji paylayıcılarından xahiş edirik ki, Praqadakı rusiyalı diplomatlara elə “öz əməllərindən dadmalarına” imkan versinlər. Xahiş edirik ki, Rusiya Federasiyasının bütün əmlakı qazdan, sudan və işıqdan məhrum edilsin”, - deyə petisiya müəllifləri qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam