Ər-arvad eyni biznesdə və yaHeydər Babayevin ailəsi ermənilərin işəgötürənidir…
Standard Insurance sığorta şirkətinin sahibinin Heydər Babayev olması Azərbaycanda hərkəsə məlumdur.
Yenixeber.org: Bu kompaniya son vaxtlaradək Standard Insurance Georgia kompaniyasının səhmlərinin 100% sahibi olub.
Bir müddət əvvəl Standard Insurance Georgia kompaniyasının erməni millətindən olan şəxsləri işə götürməsi ,həmçinin erməni şirkətləri ilə əməkdaşlıq etməsi qalmaqala səbəb olmuşdu.
Bununla bağlı sığorta şirkətinin keçmiş sahibi Standard Insurance rəsmi açıqlama verərək ictimaiyyətə bildirdi ki,onlar şirkəti satıblar və Standard Insurance Georgia-nın artıq Azərbaycana heç bir aidiyyatı yoxdur.
Belə çıxır ki, Heydər Babayev gürcü kompaniyasını satıb və onun həmin şirkətə heç bir aidiyyatı yoxdur…
Olsun… Qoy ora işə erməniləri götürsünlər…
Ancaq Heydər Babayevin hal-hazırda həmin kompaniya ilə həqiqətənmi heç bir bağlılığı yoxdur?
Biz qərara gəldik ki, bu sığorta şirkəti ətrafında əslində nə baş verməsini müəyyən edək və məsələni araşdıranda çox maraqlı faktlara rast gəldik…
Gürcüstanın Reyestrinin rəsmi saytında Gürcüstanda qeydiyyata alınmış kompaniyalar haqqında məlumatları görmək olur…
Standard Insurance Georgia bu il avqustun 3-də yeni direktor təyin etməyi qərara alıb və bu qərara məhz Kamran Bağırov – Standard Insurance –nin idarə heyətinin sədri imza atıb. (Kamran Bağırov haqda biz hələ sonra maraqlı detallardan ,daha konkret desək,onun bəzi maxinasiya sxemlərindən bəhs edəcəyik).
Onlar həmçinin kompaniyanın nizamnaməsini dəyişməyə qərar veriblər və bununla bağlı sənədləri də təqdim ediblər…
Bu prosedur reyesterdən keçməyib,ona görə ki,sənədləri təqdim edənlər bunu pozuntu ilə ediblər…Bu sənədlərdən görünür ki,onların nizamnaməsini Aliyə Babayeva adlı xanım təsdiq edib …
Bəli -bəli, Babayeva…
Amma bu necə ola bilər? Babayevlər ailəsi axı Standard Insurance Georgia-nın keçmiş sahibləridir…
Biz araşdırdıq və müəyyən etdik ki, Aliyə Babayeva Heydər Babayevin qanuni həyat yoldaşıdır…
Belə çıxır ki, Heydər Babayev kompaniyanı öz xanımına satıb…
Lakin bir müddət əvvəl mətbuatda belə bir fikir səsləndi ki,kompaniya ziyana işlədiyindən satılıb…
Heydər Babayev öz həyat yoldaşına gəlirsiz biznesi sırıyıb?
Demək onlar hamını aldadıblar? Kompaniyanı Avropa şirkəti kimi təqdim etməyə başladılar,amma əslində gəlirin 100% -i hüququ şəxs olaraq Babayevaya çatır …
Gürcüstanın Reyestrinə baxanda aydın görünür ki, Babayev gürcü kompaniyasını, 100 % sahibəsi Aliyə Babayeva olan Lüksemburqun Mercury Europe Holdings kompaniyasına satıb.
Təəsüf ki,sövdələşmənin miqdarı bizə hələ ki,məlum deyil,amma Standard Insurance Georgia-dan bildirildiyi kimi kompaniyanı gəlir gətirmədiyindən satıblar.. Ziyanlı biznes isə bildiyimizə görə baha satılmamalıdır …
Belə güman etmək olar ki, Heydər Babayev kompaniyanı həyat yoldaşına real qiymətindən dəfələrlə aşağı qiymətə satıb…
Amma buradan sual doğur…Doğrudanmı kompaniya əslində ziyanla işləyib?
Gürcüstanın sığorta nəzarəti saytında biz audit yoxlamasının nəticəsini tapdıq.Həmin nəticədən görmək olar ki, Standard Insurance Georgia ziyanla işləməyib,əksinə son illər gəlir gətirməyə başlayıb…
Bəs onda Babayev kompaniyanı xanımına nə məqsədlə satıb?
Burada aktivlərin ölkədən çıxarılması və vergi qanunvericiliyinin pozulması açıq-aydın görsənir….
Maraqlıdır, niyə bəzi dövlət orqanları buna diqqət etməyiblər və heç bir reaksiya verməyiblər…
Adam komaniyanı öz xanımına satır… Elan edirlər ki, kompaniya guya ki,ziyanla işləyib və buna görə də satmışıq…
Belə çıxır ki,sadəcə kompaniyanı bir cibindən digər cibə qoyublar və bununla da çox aşağı qiymətlə aktivləri ölkədən çıxarıblar.
Və bütün bunlar Bank Standard və Standard Insurance ilə bağlı ciddi problemlərin olması fonunda baş verir.
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası dəfələrlə Standard Insurance-yə xəbərdarlıq etmişdi ki, əgər o öz kapitalını artırmasa onu bağlayacaq…Babayev isə, belə başa düşmək olur ki, bunun fonunda öz kapitalını Azərbaycandan çıxarıb.
Bu müqavilə ilə bağlı hələ çox maraqlı mətləblər üzə çıxacaq…
İndi aydın olur ki,niyə “İçərişəhər”qoruğu idarəsinin hazırkı rəisi Əsgər Ələkbərov indiyəcən Standard Insurance Georgia üçün lobbiçilik edir….
Ələkbərov bir vaxtlar İqtisadi İnkişaf Nazirliyində, Heydər Babayev orada nazir olanda işləyib,həmçinin Mercury Konsalting -ə rəhbərlik edib…
Görünür Ələkbərovun burada öz marağı var… Ona görə də böyük Azərbaycan kompaniyalarının sahiblərinə zəng edərək Standard Insurance Georgia-nın maraqlarını güdüb ona lobbiçilik edir…
Əsgər Ələkbərovun məsləhətləri sayəsində SOCAR və onun kimi Azərbaycan kompaniyaları ermənilərlə dolu olan şirkətdə sığortalanıb…
Fakt faktlığında qalıb…Fərqi yoxdur,kompaniyanın sahibi ərdir,yoxsa xanımı ,müqavilə fiktiv olub ,yoxsa doğrudan da yoldaşı ərinin biznesini almaq qərarına gəlib….
Əsas odur ki, bütün azərbaycanlılar ermənilərin bizim xalqa qarşı törətdiklərini yaddan çıxartmamalıdırlar və ölən həmvətənlərimizin xatirəsi naminə ermənilərə loyal yanaşmamalıdırlar.
Özü də nəzərə alsaq ki,bəhs etdiyimiz kompaniyanın sahibləri avropalılar deyil, gəlirin 100% -i ona məxsus olan Azərbaycan vətəndaşı Aliyə Babayevadır.
Tamerlan Zeynallı
KAVKAZNEWS.AZ
Standard İnsurance Georgia şirkətində “vətənpərvərlik ruhu”
“Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? (FOTOFAKT)
Azərbaycanın sığorta şirkəti olan Standard İnsurance Georgia-da ermənilər işləyir-FOTOFAKT