Yenixeber.org: Qurumun cari ilin aprel ayı üzrə proqnozu bundan 0,9 faiz aşağı idi. Gələn il isə BVF Azərbaycan iqtisadiyyatının 2,5% böyüyəcəyini və sonrakı illər ərzində artımın bu rəqəm ətrafında qalacağını vurğulayıb.
Etiraf etməliyik ki, olduqca nikbin proqnozlardır. Hətta, hökumətin gözləntilərindən də nikbindir. Hökumət bu il üçün real ÜDM istehsalını əvvəl 3,4% proqnozlaşdırmışdı. 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada isə qeyd edilir ki, cari ildə ölkədə ÜDM-in real artımı 3,5% təşkil etməklə 11 milyard 700 milyon 300 min manat olacaq.
Göründüyü kimi, hökumətin irəli sürdüyü rəqəmlər BVF-nin gözləntisindən daha xudmanidir. Bu da təsadüfi deyil. Çünki əvvəla, qlobal iqtisadiyyatda dağınıqlıq yaranması səbəbindən bütün ölkələrdə inflyasiyanın durmadan yüksəldiyi və istehsalın zəiflədiyi fonda Azərbaycanda artım nəinki azalmır, hətta genişlənir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və sahibkarlar tərəfindən 9 milyard 800 milyon 100 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çox ÜDM istehsal edilib. İlin başa çatmasına hələ iki aydan artıq vaxt qaldığından, real artım hətta hökumətin də, BVF-nin də proqnozlardan yuxarı təşkil edə bilər.
İkinci səbəbsə odur ki, ölkə iqtisadiyyatı pandemiyadan sonra tez bərpa olundu və tənəzzüldən ikiqat artıq çıxdı. Xatırladıram ki, 2020-ci ili 4,3% enişlə başa vurmuşduq. Halbuki, 2019-cu ilin yekununda 2,2% artım qeydə alınmışdı. Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ili yaxşı qurtardıq: ÜDM istehsalı həcmi 4,3%-dən də çox enə bilərdi. Lakin hökumətin gördüyü tədbirlər nəticəsində pandemiya şəraitinin həm daxildən, həm də xaricdən yaratdığı təzyiq və təsirlər müqavimətlə qarşılaşdı ki, Azərbaycan kəskin maliyyə itkilərinə məruz qalmayaraq, borc istəyən ölkələr sırasına düşmədi. 2021-ci ildə 5,6 %-lik iqtisadi yüksəliş əldə edildi.
BVF-yə nikbin yanaşmasına əsas verən üçüncü faktor ondan ibarətdir ki, ölkəmizin dövlət gəlirlərinin əsasını təşkil edən dünya enerji bazarında artıq xeyli müddətdir əlverişli vəziyyət hökm sürür. Etiraf etməliyik ki, ölkəmizin həm pandemiyanın təsirlərindən tez yaxa qutarmasında, həm də yüksək dinamika nümayiş etdirməsində neftin qiymətlərinin yüksək səviyyədə olması mühüm rol oynayıb və oynamaqda da davam edir. Hökumətin neftin orta qiymətini qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində nəzərdə tutması xüsusən, əlavə perespektivlər vəd etməkdədir.
Lakin dinamikaya rəvac verən qeyri-neft-qaz sektorudur. Son illər ərzində məhz bu sahədə müsbət tendensiya, ixracın artması faktoru ümumi iqtisadi artıma töhvə verib və verir. Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft-qaz ÜDM-nin həcminin 2023-cü ilin sonuna 7 milyard 300 milyon 100 min manat, 2026-cı ildə isə 9 milyard 200 milyon 300 min manata qədər artacağı və real artım tempinin 4,5-5,1% olacağı gözlənilir.
Gələcəyinə isə, yəni 2026-cı ilə doğru ÜDM-in real artım tempi tədricən zəifləyəcək ki, bu da neft-qaz sektorunun artım tempinin azalacağı faktından irəli gələcək. Yeri gəlmişkən, Valyuta Fondunun ÜDM-in 2027-ci il üzrə artım proqnozu 2,5% təşkil edir. Hökumətə görə isə bu rəqəm 3,4% təşkil edəcək. İqtisadi artımın əsas hərəkətverici qüvvəsi rolunda çıxış edən neft sektorunun qeyri-neft-qazla yerlərini dəyişəcəyi nəticəsində 2026-cı ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı 78, neft sektorunun isə 22 %-ə çatmalıdır.
Pərviz Heydərov
BVF-nin ölkəmizlə bağlı nikbin proqnozlarına səbəb nədir –TƏHLİL
Beynəlxalq Valyuta Fondu (BVF) Dünya Bankı (DB) ilə birgə qlobal iqtisadiyyata dair bədbin proqnozlar irəli sürdüyü halda, ölkəmizlə bağlı gözləntisini yaxşılaşdırıb. Adı çəkilən qurum bu il Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) 3,7% artıq olacağını bildirib.