Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sülh naminə savaş -erməniləri yenə ‘’Bayraktar"la başa salacağıq?

 

Ölkəmizin atdığı humanist addımlara Ermənistandan “gülləli cavab” gəlir; düşməni başa salmaq üçün növbəti “dərs”ə zərurət yaranıb; şok xəbərdarlıq: “Bu gedişat yeni toqquşmaya səbəb olacaq”...

Yenixeber.org: Postmüharibə dövründə Azərbaycan sülh müqaviləsinin imzalanması, 10 noyabr üçtərəfli bəyanatının tələblərinin icrası yönündə özü üzərinə düşən, gərəkən bütün addımları atıb və atmaqda davam edir. Habelə, dövlətimiz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə əldə olunan anlaşmaların şərtlərini yerinə yetirir.

Bir sözlə, Azərbaycan sülh sazişinə doğru aparan prosesləri həm idarə edir, həm də bütün oyun qaydalarına riayət etmək nümunəsi göstərir. Güney Qafqazda uzunmüddətli və etibarlı sülhü bərpa etmək üçün Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə təsirli diplomatiya aparır, əməkdaşlıq edir və Ermənistanın mövcud hakimiyyətinin konstruktiv davranışlarını təmin etmək üçün bütün təsir rıçaqlarını işə salır. Postmüharibə dövründə Ermənistanın və Qarabağdakı erməni icmasının doğru yoldan kənarlaşmasına imkan verməmək üçün dövlətimiz cəmi iki dəfə hərbi gücün təsirlərindən istifadə edib. Bunlardan birinin adı "Fərrux" əməliyyatı, digəri isə "Qisas" əməliyyatı kimi tarixə düşüb. Məhz bu iki əməliyyatın sayəsində Ermənistanın və Qarabağdakı separatçı rejimin təxribatları dayandırılıb, onların Rusiya sülhməramlılarına və erməni dostu olan Fransa-ABŞ tandeminə ümidləri darmadağın edilib. Yəni bölgədə və qarşı duran tərəflər arasında real hərbi güc üstünlüyünün Azərbaycanda olduğunu, erməniləri Azərbaycan sərhədləri daxilində bu gücün təsirindən heç bir kənar dövlətin qoruya bilməyəcəyini əyani şəkildə göstərmiş olduq.

Qarabağın bərpası prosesinin ardıcıl davam etdirilməsi, Ağalı kəndindən start götürən “Böyük qayıdış”ın miqyası Azərbaycanın əsas diqqətinin məhz sülhə, əməkdaşlığa, quruculuğa yönəldiyini də isbat edir. Habelə Azərbaycan bölgədə kommunikasiyaların bərpası, birgəyaşayışa nail olunması, Zəngəzur dəhlizinin reallaşması yönündə də üzərinə düşən nə varsa edir. Laçın dəhlizinə alternativ yolun inşası, bunun nəticəsi olaraq Laçın şəhəri və bir neçə kəndin Azərbaycanın tam nəzarətinə verilməsindən növbəti planların icrasının şahidi olmaqdayıq. Hazırda ilin sonunadək sülh müqaviləsinin imzalanmasından danışılır. Paşinyan özü də bunun alternativinin olmadığını bildirib və ölkəsinin siyasi elitası ilə danışıb. Bu mərhələdə də Azərbaycan öz səmimi və humanist prinsiplərinə sadiqliyini nümayiş etdirib. Azərbaycana qarşı cinayətlər törətmiş erməni diversantların da daha bir qisminin cəzası azaldılıb və onlar - 5 erməni hərbçisi Ermənistana təhvil verilib. Fransa, ABŞ, NATO, Aİ, Rusiya bunu alqışlayıb. Onlara bir daha sübut etdik ki, Azərbaycan ancaq irəliyə baxır, münaqişə keçmişdə qaldı. Ancaq paralelində Ermənistan yenə də öz təxribatlarını, pozuculuq fəaliyyətini davam etdirməkdədir. Ermənistan bir dövlət olaraq toparlana, ortaya konkret mövqe qoya bilmir. Hazırda bir çox siyasi dairələr dövlətlə, Paşinyan hakimiyyəti ilə anlaşmır və revanşist ideyalarla yaşayır, antisülh bəyanatlarını davam etdirirlər. Eyni zamanda Ermənistan ordusu hər gün atəşkəsi pozmaqda davam edir. Son olaraq 11 sentyabrda da Kəlbəcər və Laçını atəşə tutublar. Üstəlik, Gədəbəy rayonu da hədəfə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir: “Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Çəmbərək rayonunun Cil və Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin ilk sakinləri yola salınıb -  YENİLƏNİB + FOTO/VİDEO » XeberlerAgentliyi.com

Göründüyü kimi, Ermənistan və Qarabağdakı separatçılar ağıllarını başlarına yığmaq istəmirlər. Bu onunla nəticələnə bilər ki, Azərbaycan həmin atəş nöqtələrini darmadağın etmək, habelə Qarabağdan hələ də tam çıxarılmayan silahlı ermənilərin neytrallaşdırılması, zərərsizləşdirlməsi üçün növbəti “Qisas” əməliyyatları keçirə bilər. Beləliklə, Ermənistan öz hiyləgər, pozuculuq fəaliyyətini davam etdirməklə, həm Rusiya, həm də Avropa İttifaqı ilə paralel şəkildə aparılan prosesi yenə də pozmaqda israrlı görünür. Əgər bu şəkildə davam edərlərsə, Rusiya, dünya onlara yola gəlmək üçün real təzyiqlər göstərməzsə, nəticə nə ola bilər? Azərbaycan erməniləri doğru yola yenə “Bayraktar” bombaları ilə yönləndirəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, təxribatlara davamlı şəkildə əl atan düşmənin başının əzilməsinin vaxtı yetişib: “İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçib, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları iki ortaq sənəd var. Azərbaycan və Ermənistan təmsilçiləri sərhədlər və kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqları davam etdirirlər. Bundan başqa, Brüsselin vasitəçiliyi ilə liderlərin 4 görüşü keçirilib. Buna baxmayaraq, bölgədə gərginlik azalmır. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən etiraf edir ki, Azərbaycanla sülhün alternativi yoxdur, sanki cəmiyyətini sülhə hazırlayır, digər tərəfdən, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması prosesini qəsdən ləngidir. Paralel olaraq Ermənistan ordusu Kəlbəcər və Laçın istiqamətində atəş açır. Bu gedişat yeni toqquşmaya səbəb olacaq”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Politoloq: “Ermənistandan və Qarabağın içindən Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var”

E.Şahinoğlu xatırlatdı ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsindən sonra iki antiterror əməliyyatı həyata keçirib: “Üçüncü əməliyyat ehtimalı da artıb. Birinci növbədə Laçın və Kəlbəcəri hədəf götürən atəş nöqtələri susdurulmalıdır. Bunun üçün uzaqmənzilli raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə oluna bilər. Azərbaycan Ordusunun Qarabağın içərisində də nəzarət nöqtələrini genişləndirməyə ehtiyac var. Ordumuzun növbəti antiterror əməliyyatı zamanı Ermənistan hakimiyyəti hər zaman olduğu kimi, Rusiyaya, ABŞ-a və Avropa İttifaqına Azərbaycanı durdurmaq üçün müraciət edəcək. Rusiya, ABŞ və Fransadan Azərbaycan əleyhinə müəyyən açıqlamalar səslənəcək. Buna baxmayaraq, Moskva, Vaşinqton və Paris anlayırlar ki, Cənubi Qafqazın əsas dövləti Azərbaycandır və bu ölkələr rəsmi Bakı ilə münasibətlərin gərginləşməsinə şərait yaratmayacaqlar”. Politoloq Ermənistan hakimiyyətinin Azərbaycanın atdığı humanist addımlara “gülləli cavabı”na da diqqət çəkdi: “Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana təhvil verir. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verir. Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan rəsmi Bakı imkan verə bilməz ki, Laçın və Kəlbəcər atəş altında olsun. Ona görə də Ermənistandan və Qarabağın içindən Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, danışıqları və mümkün razılaşmaları daima pozurlar. Onlar qarşılarında güc gördükdə, geri çəkilirlər. Demək, biz daima bu alətdən istifadə etmək məcburiyyətindəyik”.

Sülhməramlılar Xankəndi ilə Şuşa arasında - Post Qurdu - VİDEO - FED.az

Analitik şübhə etmir ki, bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək: “Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycana Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq. Ona görə nə qədər ki, Rusiya Ukraynada bataqlıq içərisindədir, mövcud durumdan istifadə etmək lazımdır”.

Ermənistan həyasızcasına Azərbaycanın atəşkəsin pozulması faktlarını təkzib etməyə çalışır. Eyni zamanda guya Azərbaycan tərəfin qarşıdakı mövqeləri və hətta yaşayış məntqələrini atəşə tutduğu haqda saxta xəbərlər tirajlayır ki, bunu da Azərbaycan Müdafiə Nazirliyi təkzib edib. Bir sıra erməni ekspertlər bu vəziyyətin təhlükəli olduğunu anlayırlar və xəbərdarlıqlar edirlər. Amma belə görünür ki, Ermənistan rəhbərliyi və ölkə daxilindəki siyasi qüvvələr, o cümlədən sınıq-salxaq ordu bölmələri ayrı-ayrı mərkəzlərin əlində alət olmaqda davam edir, əks halda, təxribatlara son qoymağın xilas yolu olduğunu anlayardılar. Azərbaycanın müdafiə nazirinin ötən həftəsonu təxribatların qarşılığında ordumuza “vur” komandasını verməsinin açması hər kəsə bəllidir, sadəcə, zaman məsələsi var... Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməkdənsə, Azərbaycanın hücuma hazırlaşdığı barədə vay-şivən məzmunlu məlumatlar tirajlayır, bununla da özünün təxribatlarını arxa plana keçirmək, həmçinin xarici havadarlarından dəstək qazanmaq istəyir. Hər halda, ölkənin müdafiə nazirinin ABŞ-a, xarici işlər nazirininsə Rusiyaya eyni anda səfər etməsi də məhz dəstək axtarışından irəli gəlirdi. Amma anlamalıdırlar ki, 44 gündə Azərbaycanın qarşısını kimsə kəsə bilmədisə, “Qisas” əməliyyatımıza hansısa qurumun, paytaxtın maneçilik törətmək imkanı olmadısa, növbəti addımı da kimsənin əngəlləməsi mümkünsüzdür. “Bayraktar”ın səsi üçün darıxıblarsa, çox keçmədən qəhrəman əsgərimiz onları bu “arzusuna” çatdıra bilər...

“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam