Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çubaysın zəhərlənməsi ilə bağlı yeni xəbərlər -Kremldən açıqlama

Yenixeber.org: İtaliyanın “La Repubblica” qəzeti Çubaysın Sardiniya adasında kurortda olarkən xəstələndiyini bildirib. O, nadir immun sistemi pozuntusuyla Avropada bir xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qəzet yerli polisin hər hansı qəsdi, o cümlədən zəhərlənməni araşdırdığını yazır. “Reuters” isə bir mənbəyə istinadla polisin indilik zəhərlənmə versiyasının üstündə dayanmadığını xəbər verir.

"67 yaşlı Çubays immun sisteminin periferik əsəb sistemini zədələməsi nəticəsində yaranan Guillain–Barre sindromundan əziyyət çəkdiyinə inanır", - mənbələr belə deyiblər.



Kremlin sözçüsü Dmitri Peskov isə Çubays, yaxud təmsilçilərinin hər hansı kömək istəməsi haqda məlumatı olmadığını deyib. “Əlbəttə, bu kədərli xəbərdir, onun tez sağalmasını arzulayırıq, ancaq vəziyyətin detallarını bilmirik”, – deyən Peskov rəsmilərin Rusiya vətəndaşlarının hamısına kömək göstərməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Anatoli Çubaysın zəhərlənməsi barədə xəbəri onun dostu, Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak "Telegram"da yazıb. O bildirib ki, Çubaysın həyat yoldaşı Avdotya Smirnova ilə danışıb. Qadın ona ərinin Guillain-Barre sindromundan əziyyət çəkdiyini, Avropanın bir xəstəxanasında reanimasiyada yatdığını deyib. Sobçak Çubaysın vəziyyətinin orta, stabil olduğunu deyib.

Çubays Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Rusiyanı tərk edib. O martda Rusiyadan getməzdən öncə Prezident Vladimir Putinin dayanıqlı inkişaf üzrə elçisi postundan istefa verib.

O, vəzifəsindən, yaxud ölkədən niyə getdiyini açıqlamayıb, ancaq bir çox müşahidəçilər Moskvanın Ukraynaya səbəbsiz hücumuna qarşı Kremlin daxilində etiraz olması ehtimalını irəli sürüblər. “Bloomberg”in məlumatına görə, Çubays gedərkən Ukraynanın işğalına etirazını bildirib.

İndiyədək Putinin bir neçə opponenti əsasən Rusiyadan kənarda zəhərlənməyə məruz qalıb. Bir çox hallada Rusiya hakimiyyətinin bu insidentlərdə əli olmasına güclü dəlilin mövcudluğuna baxmayaraq, Kreml tənqidçilərini zəhərləmədiyini deyir.

Çubays Rusiyada tanınmış siyasətçidir. O, 1990-cı illərin əvvəllərindən bir sıra yüksək vəzifələr tutub, Yeltsinin idarəçiliyi dövründə ölkənin ən böyük sənaye obyektlərinin özəlləşdirilməsinə nəzarət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam