Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Mənim Müsavat partiyasında heç bir fəaliyyətim yoxdur"

 

“Müsavat partiyasından çoxdan istefa vermək istəyirdim. Rauf bəyin tövsiyəsi və xahişi sayəsində bu addımı atmadım. Təkcə mən yox, qəzetimizdə çalışan Müsavat Partiyası üzvləri də bu addımı atmır ki, bunun bir kampaniyaya çevrildiyi görüntüsü yaranmasın”.
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan deyib.  
 
Jurnalist bildirib ki, o, hələ qurultay zamanı partiyadan getmək istəyib: “O zamanlar Rauf Arifoğlunu, “Yeni Müsavat” qəzetini günahlandırmağa bir bəhanə axtarırdılar. Bu baxımından partiya rəhbərliyinə bir bəhanə verilməsin deyə istefanı müəyyən vaxta qədər təxirə saldıq. Açığı deyək, partiyada təmsil olunan müavinlər, istərsə də divan üzvləri və digər funksionerlər tərəfindən “Yeni Müsavat” rəhbərliyi ilə bağlı tutulan ədalətsiz mövqe bizə kifayət əsas verir ki, partiya fəaliyyətimizi dayandıraq. Əvvəlki Müsavat partiyası ilə indiki Müsavat partiyası arasında fərqi görməmək, sezməmək, duymamaq mümkün deyil. Bu baxımdan Müsavat partiyasında qalmağın heç bir mənası yoxdur. Mənim Müsavat partiyasında heç bir fəaliyyətim yoxdur”.
 
A.Ayxan deyib ki, partiyadan de-fakto ayrılmaq üçün nə zaman ərizə ilə müraciət edəcəyini hələ müəyyənləşdirməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam