Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Azərbaycana qarşı hücumlar və Ermənistanın himayəçiləri

İstər müharibədən əvvəl, istərsə də postmüharibə dövründə Ermənistanın müxtəlif dairələr tərəfindən himayə edilməsi heç kimə sirr deyil. Azərbaycan məhz himayədarlarına arxalanan Ermənistanın hücumlarından zaman-zaman əziyyət çəkib. Ermənistan bir dövlət kimi həm siyasi, həm də maddi baxımdan öz “ağaları”nın bütün dəstəyindən mütəmadi olaraq bəhrələnib.

Yenixeber.org: Hər kəsə məlumdur ki, Ermənistan məhz arxalandığı ölkələrdən gördüyü dəstək hesabına Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayıb. Ciddi siyasi təzyiqə məruz qalmayan bu ölkə Azərbaycanın torpaqlarını işğal etdikdən sonra dağıdıb, talan edib. Baxmayaraq ki, hər fürsətdə “ağaları”na xəyanət edən bu ölkə eyni zamanda himayədarlarının siyasi alətinə çevrilib. Görünən odur ki, Ermənistanın arxasında dayanan bəzi qərb ölkələri onun xəyanətlərinə baxmayaraq himayə etməkdə davam edirlər. Sanki Ermənistanın siyasi riyakarlığı heç bir zaman onların gözünə görünmür və yaxud da onlar özləri bunu görməzdən gəlirlər.

Maraqlısı odur ki, bu günlərdə Ermənistanda davam edən aksiyalarda polis zorakılığı, hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçılarla amansız davranışı insan hüquqları ilə bağlı məsul olan heç bir beynəlxalq təşkilatın ruhuna belə toxunmur. Bəzi qərb ölkələri ona hər fürsətdə xəyanət edən Ermənistanda polisin, güc qurumlarının aksiyalara çıxanlara qarşı sərt davranışlarına, siyasi terroruna, zorakılıq hallarına, aksiyaları güc yolu ilə dağıtmasına göz yumur, əksinə, etiraz aksiyasına çıxanları qınayır. Amma təəssüflər olsun ki, Azərbaycanda baş verən ən xırda hadisələr belə Qərb mediasında amansız zorakılıq kimi tirajlanır. Buna siyasi don geyindirməyə və ölkəmizdə baş verən ən xırda hadisələrdən belə Azərbaycan hökumətinə qarşı istifadə etməyə çalışırlar. Bu isə bəzi qərb ölkələrinin Azərbaycana qarşı siyasi münasibətlərinin göstəricisidir.

Azərbaycan həm işğal dövründə, həm də 44 gün ərzində davam edən müharibə zamanı istənilən siyasin hücumların qarşısını təkbaşına ala bilib. Təbii ki, buna ölkə rəhbərinin siyasi iradəsi və qətiyyəti nəticəsində nail olunub. Döyüş meydanında öz torpaqlarını işğaldan təkbaşına azad edən Azərbaycanın qarşısını heç bir siyasi qüvvə ala bilməyib. Bununla yanaşı, şiddətli döyüşlərin getdiyi bir dövrdə bəzi ölkələrin işğalçı Ermənistana həm siyasi, həm hərbi, həm də mənəvi dəstəyi müşahidə olunub. Azərbaycan xalqı həm müharibə, həm də postmüharibə dövründə Rusiya və Fransanın Ermənistana verdiyi dəstəyin şahidi olub. Açıq şəkildə deyə bilərik ki, Vətən müharibəsindən sonra Fransa da, Rusiya da dövlət səviyyəsində Ermənistana hərtərəfli dəstək göstərməkdə davam edirlər. Ermənistanın isə istər siyasi, istərsə də iqtisadi cəhətdən öz himaydərlarından asılı olduğu heç kimə sirr deyil.

Bəzi təhlilçilər Ermənistana xüsusi güzəştli, selektiv münasibəti belə əsaslandırmağa çalışır ki, Qərb guya bu üsulla Ermənistanı özünə tərəf çəkməyə, Rusiyanın patronajlığı altından çıxarmaq istəyir. Halbuki, heç Qərb üçün də sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistana bu münasibətin bir adı var - Qərbin riyakarlığı.

Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistanın siyasi rəhbərliyi özlərini Rusiyanın vassalı, ölkələrini isə Rusiyanın əyaləti kimi aparır. Buna baxmayaraq, xüsusilə Fransa özünün ermənipərəst siyasətini gücləndirir. Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, Ermənistan həm Rusiya, həm də Qərb tərəfdən himayə olunur. Azərbaycan isə həm 44 günlük müharibə zamanı, həm postmünaqişə dövründə təkbaşına mübarizə aparır və bütün siyasi hücumları təkbaşına dəf edir.

Prezident İlham Əliyevin bütün tərəflərdən gələn təzyiqlərə baxmayaraq müstəqil siyasət yürütməsi, təkbaşına mübarizə aparması onun uzaqgörənliyinin və böyük bir siyasətçi olduğunun göstəricisidir. Görünən odur ki, Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqlar hansısa dairələrin xoşuna gəlməyib. Amma hər kəs Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmağa məcburdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam