Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ERMƏNİSTAN İŞĞAL ETDİYİ ƏRAZİLƏRİ TƏRK ETMƏLİDIR, VƏSSALAM!" -Hulusi Akar

 

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana, onu himayə edənlərə sərt, birmənalı mesaj göndərib: Ermənistan işğal etdiyi ərazilər tərk etməlidir, vəssalam!

Yenixeber.org: Türkiyə KİV-lərinin məlumatına görə,  Hulusi Akar bu haqda jurnalistlər qarşısında danışıb.

“30 ildə nə etdilər? Böyük bir heç. Nə zaman ki, azərbaycanlı qardaşlarımız Ermənistanın hücumlarının artmasının ardınca öz torpaqlarını geri almaq üçün fəaliyyətə keçdilər, 30 ildən bəri susanlar sülhdən, atəşkəsdən, danışıqlardan, müzakirələrdən bəhs etməyə başladılar. Bu, heç səmimi deyil, heç kimi qane edə bilməz. Bu işin çox sadə yolu var. Ermənistan işğal etdiyi əraziləri tərk edəcək, muzdluları oradan çıxaracaq, terrorçuları bölgədən geri göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə, prezidentmizdən başlamış hər səviyyədə söylədik. Türkiyə Cümhuriyyəti dövləti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik, bundan sonra da ifadə edəcəyik”,-müdafiə naziri bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam