Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"REALLIQ BUDUR Kİ, RUSİYA ERMƏNİSTANI SATDI" -Ohanyanı blef edir?

“44 günlük müharibədən sonra ibrət dərsi çıxarmaq lazımdır. Bu müharibədə əsgər və zabitlərimizin xüsusi rəşadətini görə bilmədik. Ordumuz ancaq pərakəndə halda geri çəkilməklə məşğul idi. Peşəkar hərbçilər anladılar ki, onları aldadıblar”

Yenixeber.org: Bunu “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan erməni mediasına açıqlamasında deyib.

“Bütün xalqımız ən azı yalnız gələcək üçün Qarabağda alınan bu dərsləri mütləq öyrənməlidir. Əgər indiki hakimiyyət ibrət dərsi almaq istəmirsə, o zaman xalqı öz birliyi ilə dərs almağa məcbur etmək lazımdır. 44 günlük müharibədə bizi meydanda tək qoydular. Reallıq budur ki, Rusiya Ermənistanı satdı. Hesab edirəm ki, Qarabağdakı məğlubiyyətimizin səbəbkarı Rusiyadır. Çünki bizə verdikləri silahlar belə öz effektini göstərmədi”, – deyə Ohanyan əlavə edib.

Qeyd edək ki, erməni mediası Rusiyanın ən yaxın adamı hesab edilən Seyran Ohanyanın bu açıqlamasını blef adlandırıb. Son günlər mitinqlərdə Rusiyanın erməni müxalifətinə dəstək verməməsi Ohanyanın bu cür çıxış etməsini səbəb olub. Bunu ermənilərin “Fakt” nəşri vətənə xəyanət adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam