Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Ermənistan parlamentində QALMAQAL - “Separatçıların bayrağı” tribunadan çıxarıldı - VİDEO

 

Bu gün – aprelin 12-də Ermənistan parlamenti özünün növbəti dörd günlük plenar iclasına start verib.

Yenixeber.org: Ermənistan KİV-ləri xəbər verir ki, iclas qalmaqalla başlayıb. Belə ki, “Hayastan” fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyan toplantının əvvəlində tribunaya çıxaraq, müxalifətin iclası boykot etdiyini bildirib.

Seyran Ohanyan deyib ki, müxalifətdə olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarından olan deputatlar parlamentin plenar iclaslarına qatılmamağı qərara alıb.
O, bunu hakimiyyətin Qarabağ ermənilərinə biganə münasibəti ilə əlaqələndirib. S.Ohanyan deyib ki, hakimiyyət müxalifətin Qarabağla bağlı dinləmələrin keçirilməsi təkliflərini qulaqardına vurmaqla hansı yolu tutduğunu nümayiş etdirir.

Ohanyanın fikrincə, indiki Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə məğlubiyyətə, alçaldılmağa, suverenliyin itirilməsinə, “Qarabağ problem”nin daha da pisləşməsinə aparır.
Eks-nazir daha sonra “Qarabağ separatçılarının bayrağı”nı parlamentin tribunasından asaraq deyib:
“Biz iclaslarda iştirak etmək əvəzinə Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik”.
Eks-nazirin bəyanatı və “Qarabağ separatçılarının bayrağı”nı tribunaya gətirməsi hakim “Mülki müqavilə” fraksiyasından olan deputatların etirazına səbəb olub.
Hakim partiyanı təmsil edən deputat Vahan Aleksanyan  tribunaya çıxaraq “separatçıların bayrağı”nı oradan götürüb. O, daha sonra keçmiş müdafiə naziri Seyran Ohanyanı ara qarışdırmaqda ittiham edib.
“Şöhrətin olmaması taleyə, axmaqlıq isə gündəlik işə çevriləndə keçmiş müdafiə nazirləri (Ohanyan nəzərdə tutulur – red.) Qarabağ bayrağı ilə meydana çıxıb, onu parlamentin tribunasına qoymalıdırlar”, - Aleksanyan bildirib.
Onun sözlərinə görə, müxalifət nümayəndələri 30 il hakimiyyətdə olduqları müddətdə yalnız bir işlə - “ölkəni soymaq”la məşğul olublar.

Vahan Aleksanyana cavab verən Seyran Ohanyan isə bildirib ki, belə bir şəraitdə hakim çoxluqdan olan deputat Ermənistan parlamentinin tribunasından “Qarabağ bayrağı”nı çıxarırsa, bu, onu deməyə əsas verir ki, hakimiyyət Qarabağdan əlini üzüb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam