Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“PUTİN DAYANMAQ İSTƏMİR” –”Moskva” kreyserinin vurulması onun qüruruna toxunub”

İki aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi bir vaxtda Kremlə yaxın mənbələrdən sülh danışıqlarıyla bağlı maraqlı açıqlamalar gəlib.

Yenixeber.org: Britaniyanın “Financial Times” nəşri xəbər verir ki, Kreml hakimiyyətinə yaxın mənbələr son günlər Ukrayna ordusunun artan uğurlarından və Qərbin sanksiyalarından sonra Vladimir Putinin sülh danışıqlarına getməyəcəyini bildiriblər. Məlumatı verən mənbənin fikrincə, ötən həftə Ukrayna ordusunun Qara dənizdə "Moskva" kreyserini batırması Putinin qüruruna toxunub. Bu səbəbdən də o, sülh danışıqlarına getməkdənsə, daha çox əraziləri işğal etmək qərarına gəlib.

Qəzet yazır ki, Putin Ukraynada daha böyük qələbələr əldə etmək üçün müharibəni davam etdirməyi düşünür: ”Putin müharibənin ortalarında sülh danışıqlarıyla bağlı istəkli görünsə də, “Moskva” kreyserinin batmasından sonra bu fikrindən daşınıb. O, hesab edir ki, indiki halda müharibəni dayandırmaq Rusiya adına biabırçılıqdan başqa heç nə deyil”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında sonuncu sülh danışıqları martın sonlarında İstanbulda baş tutub. Hər iki tərəf danışıqlarda istəkli görünsələr də, Rusiyanın Kiyev ətrafı ərazilərdən çəkilərkən mülki vətəndaşlara qarşı törətdiyi vəhşiliklərdən sonra sülh danışıqlarında heç bir irəliləyiş baş verməyib. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam