Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PUTİNİN AVROPAYA QAZ VƏ RUBL ŞANTAJI –“Texniki baxımdan bu qərarı həyata keçirmək mümkün deyil”

Vladimir Putin martın 23-də hökumət üzvləri ilə keçirdiyi toplantıda “dost olmayan ölkələr”ə təbii qazın rublla satılacağını açıqlayıb.

Yenixeber.org: O, bu qərarı ölkə aktivlərinin Qərb tərəfindən dondurulması ilə əlaqələndirib: “Rusiya təbii qaz tədarükü üçün hesablaşmaları dollar və avro da daxil olmaqla, özlərini nüfuzdan salmış valyutalarla həyata keçirməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək. Mən ödənişin ən qısa müddətdə köçürülməsi üçün kompleks tədbirlər həyata keçirmək qərarına gəldim. Gəlin bundan başlayaq - bizim təbii qazımız, dost olmayan ölkələrə Rusiya rublu ilə satılsın”.

Ukraynadakı işğala cavab olaraq, Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, rus neftindən və qazından imtina etməklə bağlı aparılan müzakirələr fonunda Vladimir Putinin belə bir addım atması maraq və təəccüblə qarşılanıb. Hətta Rusiyadakı bir çox “ekspertlər” və Kremlin təbliğatçıları bu qərarı az qala Qərb üzərində böyük qələbə və uğur kimi qələmə verirlər. Lakin müstəqil ekspertlər hesab edirlər ki, Rusiyanın bu addımı əvvəlcədən imzalanan müqavilə şərtlərinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, sözügedən qərar maliyyə-iqtisadi hədəflərdən daha çox siyasi maraqlara xidmət edir, onun uzunmüddətli effekti barədə danışmağa isə ümumiyətlə, dəymir.

Qeyd edək ki, Rusiya təbii qazı Avropanın qaz təchizatının üçdə birini təşkil edir. Rusiyanın “dost olmayan ölkələr” siyahısında isə 46 dövlətin adı var.

 

 

Bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, Putinin məlum qərarı daha çox siyasi piar xarakterli bir addımdır və onun tam reallaşdırılması mümkünsüz görünür: “Birjanın açılmasından bir gün əvvəl daxili bazarı rahatlaşdırmaq adına belə bir açıqlmanın verilməsi daha çox rublun dəyər qazanmasına cəhd kimi qiymətləndirilə bilər. Ancaq texniki baxımdan bu qərarı qısa zaman ərzində həyata keçirmək mümkün deyil. Çünki Rusiyanın xaricə təbii qaz satışının 80 faizi uzunmüddətli müqavilələr əsasında icra olunur. Bu müqavilələrin müddəti isə 2024-cü ildə bitəcək. Rusiya bu müqavilələrə uyğun olaraq, ən azı iki il valyuta dəyişikliyinə gedə biməz”.

Ekspert qeyd edib ki, Rusiyanın satdığı qazın Avropadakı qiymətlərə heç bir təsiri yoxdur: “Spot bazarında qazın qiyməti stabil deyil və hər gün dəyişir. Rusiyanın ötən il Avropaya satdığı qazın ümumi ortalama qiyməti 273 dollar olub. Uzunmüddətli kontraktlar, neftin qiyməti və 6 aydan bir qiymətlərdə müəyyən dəyişikliklərin baş verməsi bu qiymətlərin formalşmasına səbəb olur. Rusiya ən yaxşı halda spot bazarına çıxardığı 20 faizlik sıxılmış qazı rublla satmağa cəhd edə bilər. Amma bunun üçün də, yuxarıda qeyd etdiyim kimi, infrastruktur olmalıdır. Köhnə müqavilələr yenilənməlidir, qaydalar pul köçürmələri müəyyənləşdirilməldir və s. Bundan əlavə məzənnə sığortası olmalıdır. Hazırda görürük ki, rublun qiyməti stabil deyil. Müqavilədən sonra da rublun hansı vəziyyətdə olacağını müəyyən etmək çox çətindir. Bu, bir növ Qərbin təzyiqlərindən və yeni sanksiyalardan da asılıdır. Məsələn, ola bilər ki, müqavilə rublla imzalandıqdan sonra ödəniş vaxtına yaxın Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etsin və rublu ucuzlaşdırsın. Ona görə də bu qərar ilk növbədə Rusiyaya böyük ziyan vura bilər. Düşünürəm ki, Rusiyanın bu qərarı piar xarakterli bir aksiyadır və bunu həyata keçirmək olduqca çətindir”.

 

 

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, Rusiyanın bu qərarı üzləşdiyi sanksiyalara cavab olaraq, “dost olmayan ölkələr”i cəzalandırmaq məqsədi daşıyır: “Hazırda Rusiya qaz satışının 59 faizini avroyla, 3 faizini sterlinqlə, 38 faizini isə dollarla icra edir. Rusiyanın ötən il Avropaya satdığı təbii qazın ümumi dəyəri 55 milyard dollar olub. Gündəlik olaraq Avropaya satılan qazın dəyəri isə təxminən 200-800 milyon avro aralığındadır. Qeyd edək ki, bu, qiymətlərdən və mövsümi tələbatdan asılı olaraq dəyişir. Hazırda Rusiyanın valyuta ehtiyatları dondurulub və rus rublu dəyər itirməkdədir. Nəticədə də Rusiyada inflyasiya artıb və rus əhalisinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də, Rusiyanın bu qərarı verməkdə digər məqsədi də rublu dəstəkləməkdir. Çünki qaz ticarəri rublla icra olunan zaman bu valyutaya tələbat artacaq və rublun dəyər itirmə riski də azalmış olacaq”.

Ancaq ekspert qeyd edib ki, bu müqavilələrdə bir çox nüanslar, həmçinin ödənişin ediləcəyi valyuta növü əvvəlcədən qeyd olunub: “Rusiya ötən gün bu qərarı verərkən “Qazprom” şirkətinə müqavilə şərtlərinin araşdırılmasıyla bağlı da tapşırıq verib. Ona görə də, bu prosedur hüquqi cəhətdən araşdırıldıqdan sonra müvafiq qərar veriləcək. Qaz gəlirləri hazırda Rusiya üçün həyati önəm kəsb edir. Çünki bu gəlirlər valyuta ehtiyatlarını formalaşdırmağa və idxalı maliyyələşdirməyə imkan verir. Heç düşünmürəm ki, 1 həftə sonra bütün ölkələr rus qazını rublla almağa başlayacaqlar. Sadəcə, müqavilələrin müddəti bitdikcə yeni kontraktlar fərqli şərtlər əsasında bağlana bilər. Qərarın Rusiya üçün müsbət tərəfi yalnız rublun qısa müddətlik dəstəklənməsi ola bilər. Rusiya açıq şəkildə təbii qazdan siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Ona görə də, Rusiyanın bu qərarı Avropanı rus qazından mümkün qədər tez imtinaya və daha intensiv surətdə yeni alternativlər axtarmağa sövq edəcək”.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam