Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NATO Ukrayna və Gürcüstanı qəbul edəcək”-RƏSMİ

Stoltenberq: “NATO Ukrayna və Gürcüstanı qəbul edəcək”

Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzvlüyü barədə qərar qəbul edib. Rusiya Federasiyasının bu məsələyə qarışmağa haqqı yoxdur.

Yenixeber.org: Bunu NATO-nun baş katibi Yens Stoltenberq La Repubblica qəzetinə müsahibəsində bildirib.

"Ukrayna üzvlük üçün ərizə verib və biz onun islahatlarını dəstəkləyərək, silahlı qüvvələrin bizim standartlara uyğun modernləşdirilməsinə yardım edərək bunun üzərində işləməyə qərar verdik.

2008-ci ildə qərara aldıq ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olacaqlar, amma biz bunun məhz nə vaxt baş verəcəyini müəyyənləşdirməmişik", - Alyansın baş katibi bildirib.

Bununla yanaşı, o qeyd edib ki, NATO-ya daxil olub-olmayacağına yalnız Ukrayna özü qərar verə bilər, Moskvanın isə bu məsələyə müdaxilə etməyə haqqı yoxdur.

"Hazırda islahatlar gündəliyində Ukraynaya yardım durur. Təkrar edirəm: indi məsələ Rusiyanın təcavüzüdür . Onlar Ukraynanın bir hissəsini - Krımı işğal ediblər, separatçıların dəstəyilə Donbasa nəzarət edirlər, sonra isə  bizi milli suverenliyi pozan hüquqi qüvvəyə malik müqaviləni qəbul etməyə məcbur etmək istəyirlər”, - NATO-nun baş katibi fikrini yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam