Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

BAYDENDƏN RUSİYAYA ÖLÜMCÜL ZƏRBƏ: Əsas gəlir kanalı bağlanır... -Putin sanksiyalara qarşı cavab fərmanı imzaladı

          ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub.

Yenixeber.org: Bunu Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib.

“Bu gün mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq. Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək və Amerika xalqı Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına daha bir güclü zərbə vuracaq. Bu, Konqresdə və inanıram ki, ölkədə güclü ikipartiyalı dəstəyi olan bir addımdır.

Amerikalılar Ukrayna xalqını dəstəkləmək üçün toplaşdılar və Putinin müharibəsinin subsidiyalaşdırılmasında iştirak etməyəcəyimizi açıq şəkildə bildirdilər. Biz bu qərarı dünyada, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, ABŞ başa düşür ki, onun avropalı müttəfiqləri Rusiyanın enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcək.

C. Bayden deyib ki, qərar ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalıdır. 

ABŞ-ın ardınca Böyük Britaniya da 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.

Bunu Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq deyib.

Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.

Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək:

“Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir”.

O, həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.

Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum” (BP) da Rusiyadan neft və qaz alışına dair yeni əqdlər bağlamamaq niyyətini bəyan edib. Bu barədə şirkətin nümayəndəsinin şərhində deyilir.

Qeyd edilir ki, yeganə istisna hal kimi istehlakçılara enerji daşıyıcılarının tədarükünün təhlükəsizliyinə təhdid yaranması ola bilər.

Almaniya nəhəngi “Shell” enerji şirkəti Rusiyadan neft-qaz alışını, bu ölkədə əməliyyatları dayandıracağını bəyan edib. Xatırladaq ki, indiyədək onlarla şirkət Ukraynaya qarşı təhrik olunmayan müharibəyə görə Moskvayla əlaqələri kəsib.

Martın 8-də yaydığı bəyanatda “Shell” ötən həftə Rusiyadan xam neft almasını yanlış addım adlandırıb. Moskva Ukrayna şəhərlərini, yaşayış məskənlərini bombaladığı bir vaxtda bu addım sərt tənqid olunmuşdu. Şirkət indi Rusiyadan bütün neft və qaz məhsullarından mərhələli şəkildə imtina etdiyini bildirir.

Daha öncə “Shell” “Şimal axını-2” layihəsində iştirakını dayandıracağını, Rusiyanın “Qazprom” şirkəti və əlaqədar qurumlarla tərəfdaşlıqdan çıxacağını açıqlamışdı.

“Shell” “Saxalin- II” mayeləşdirilmiş təbii qaz şirkətində 27.5 faiz, “Salym Petroleum Development” və “Gidan” enerji müəssisəsində 50 faiz paya malikdir.

Şirkətin Baş İcraçı Direktoru Ben van Beurden bəyanatda ötən həftəki alış üçün üzr istəyir, bunu düzgün olmayan addım adlandırır.

Moskva da sanksiyalara qarşı cavab tədbirləri görməyə çalışır. Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin  verdiyi məlumata görə, fərmanda hökumətin tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb.

Rusiya Prezidenti hökümətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammaların siyahısını hazırlamağı tapşırıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam